"Hamı görür ki, Azərbaycan da Moskvaya boylanıb geniş miqyaslı müharibə aparmır..."



"Belə olmasaydı, onun yalnız Qarabağ münaqişəsi deyil, həm də Türkiyə ilə müharibəsi ola bilərdi"


Rusiyalı ekspert:” KTMT Azərbaycanla vuruşmayacaq”
Təhlükəsizlik və müdafiə məsələləri üzrə  ekspert Qriqori Trofimçukdan erməni mətbuatı  müsahibə götürüb. Həmin söhbətin bizim üçün maraqlı tərəfləri olduğundan Moderator.az müsahibəni təqdim edir.

- Cənab Trofimçuk, Ermənistan-Azərbaycan sərhədindəki gərgin vəziyyətə görə KTMT baş katibi Stanislav Zasın təşəbbüsü ilə KTMT-nin növbədənkənar iclası keçiriləcəyi məlum oldu, daha sonra qeyri-müəyyən müddətə təxirə salındı. Vəziyyəti necə qiymətləndirirsiniz, Ermənistan KTMT-yə güvənə bilərmi?

- Ermənistan hər zaman KTMT-yə güvənə bilər. Belə olmasaydı, onun yalnız  Qarabağ münaqişəsi deyil, həm də Türkiyə ilə müharibəsi ola bilərdi. Eyni zamanda, hamı görür ki, Azərbaycan da Moskvaya boylanıb geniş miqyaslı müharibə aparmır.  Rusiya Federasiyası amili olmadan və KTMT olmadan hər şey daha asan və daha dəhşətli şəkildə inkişaf edərdi və bunu inkar etmək çətindir. Ermənistan-Azərbaycan sərhədində baş verənlərə münasibət bildirmədən, bu hərbi-siyasi blok biganə qalası deyil. Baxmayaraq ki, Ermənistan da bu istiqamətdə səy göstərəcək, necə ki, Nikol Paşinyan KTMT baş katibinin dəyişdirilməsi prosesində  bunu nümayiş etdirdi. Lakin ATƏT-in Minsk qrupundan lazımlı, effektiv və konkret reaksiya verilməməsi böyük problemdir. Əgər ATƏT-in Minsk Qrupu həmsədrləri lazımi rejimdə işləmək iqtidarında deyilsə, imkan versinlər ki, vəzifələrini tərk etsinlər. Bundan əlavə, ATƏT-in Minsk Qrupu nəhayət təcavüzkar ölkənin adını açıq şəkildə bildirməli, həmçinin yeni döyüşlərdə həlak olanların dəqiq sayını verməlidir, çünki münaqişənin hər iki tərəfi bir-birinə uyğun gəlməyən fərqli saylar  verir. Ancaq bu, 2016-cı ilin aprel ayından sonra baş verməyibsə,  o zaman aydındır ki, indi də gözləməyə dəyməz.  Yeri gəlmişkən, Ermənistan və onun tərəfində olan çoxsaylı fəallar KTMT –nin məsuliyyəti mövzusunu qızışdırdıqca , bu, təbii ki, Ermənistan ordusunun və İrəvanın niyyətini doğurur. Mən bunu açıq şəkildə etməzdim. KTMT özü hər şeyi mükəmməl başa düşür və mümkün olanı edərək lazımi dərəcədə qiymətləndirir. Bir şeyi  dəqiq söyləmək olar: KTMT Azərbaycanla vuruşmayacaq.

- Hərbi əməliyyatların yenidən başlamasını mümkün hesab edirsinizmi? Bu vəziyyəti nə ilə əlaqələndirirsiniz?

- Hərbi əməliyyatların yenidən başlaması iki əsas amillə əlaqələndirilir: birincisi, Bakının baxışından Qarabağla bağlı aparılan  tamamilə nəticəsiz danışıqlarla; ikincisi, Nikol Paşinyanın Qarabağla bağlı, 2018-ci ilin yazından başlayaraq, danışıqlar prosesini faktiki olaraq məhv edən, ona yolverilməz tələblər irəli sürən tezisləri. Ancaq təkcə bu deyil.
Qarabağ məsələsi bağlanmır, bu dramın sonu yoxdur. Son illər baş verən kifayət qədər ciddi döyüşlərin əsas tarixi məqamlarını xatırlatmaq istəyirəm: 2014-cü ilin avqustu, 2016-cı ilin apreli və indi 2020-ci ilin iyul ayı. Bundan əlavə, Paşinyanın bütün Ermənistan vətəndaşları  arasında lazımi dəstəyin olmadığını, hətta mövcud dəstəyin getdikcə zəiflədiyini  Bakı  dəqiq başa düşür və bu avtomatik olaraq Azərbaycan üçün də perspektivlər açır.
Hələ 2018-ci ilin yazında dedim ki, Ermənistan rəhbərliyində qərbpərəst liberalların olması bütün Cənubi Qafqaz üçün problemə çevrilə bilər. Buna görə,  bu gün Qarabağ müharibəsinin davam etdirilməsində  kimin maraqlı olduğunu dəqiq bilməliyik. Əsassız və avtomatik olaraq hansısa tərəfi  ittiham etmək  primitivlik olardı.
Tarix: 23-07-2020, 10:11
Xəbəri paylaş



Xəbər lenti