Ceyhun Bayramova xəbərdarlıq: "Lavrov çox söyüşkən adamdır..."






Prezident İlham Əliyev Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən xarici siyasət prioritetlərini sıralayıb və ilk olaraq qonşu ölkələrlə münasibətlərin prioritetliyin qeyd edib.

Məlum olduğu kimi Azərbaycanın Rusiya, İran, Türkiyə, Gürcüstan, Ermənistanla quru sərhədləri mövcuddur. Türkmənistan və Qazaxıstanla su sərhədlərimiz olmasına baxmayaraq, bu iki Orta Asiya respublikası yaxın qonşularımız hesab olunmur. Siyasi-çoğrafi cəhətdən qonşularımız anlayışı məhz Rusiya, İran, Türkiyə, Gürcüstan və Ermənistanı əhatə edir. Ermənistanla müharibə vəziyyətində olduğumuzu və diplomatik əlaqələrin mövcud olmadığını nəzərə alanda bu ölkənin xarici siyasət prioritetlərimizə daxil olmadığı aydın olur. Deməli qalır, dörd ölkə Rusiya, İran, Türkiyə və Gürcüstan. Bu dörd ölkənin özlərinin xarici siyasət prioritetləri tamamilə fərqlidir və bir-birinə ziddiyət təşkil edir. Onların Azərbaycana münasibəti fərqli və əks qütbülüdür. Belə bir vəziyyətdə siyasətçi və diplomatik təcrübəsi olmayan Ceyhun Bayramovu gözləyən çətinlikləri təsəvvür etmək çətin deyil.

Üstəlik də Rusiya xarici siyasət idarəsinin başında diplomatik etikaya uymayan, həmkarlarını aşağılamaqdan və bir çox hallarda isə söyməkdən çəkinməyən birisi durur.
Məsələn, nufuzlu Daily Telegraph qəzeti 2008-ci ildə Lavrov Böyük Britaniyanın xarici işlər naziri Devid Milibendi çox ağır formada (fucking lunatic) söydüyü haqqında məlumat dərc etmişdi. Bu məlumata aydınlıq gətirən Lavrov bu təhqiramiz ifadəni işlətdiyini, ancaq bu zaman Devid Milibendi deyil, Mixail Saakaşvilini nəzərdə tutduğunu söyləmişdi.

Oxşar vəziyyət 2016-cı ildə yaranmışdı. Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl-Cubeyrlə mətbuat konfransı zamanı Lavrov həmkarının jurnalistin sualını cavablandırdığı zaman özünün qarşısındakı mikrofonun bağlı olduğunu zənn edərək “axmaqlar” ifadəsini işlədir və ardınca da ana söyüşü söyür. Bu olay üzərinə Lavrov üzr istəmək əvəzinə bütün günahı mikrofonun açıq olmasında gördüyünü ifadə etmişdi. O zaman belə qənaət yaranmışdı ki, Lavrov mikrofonun açıq olduğunu bilib və qəsdən ərəb həmkarına narazılığını nümayişkarənə sürətdə çatdırmaq istəyib.

Diplomatik təcrübəsi olmayan, üstəlik siyasətçi də olmayan Ceyhun Bayramov tezliklə söyüşkən diplomat kimi tanınan Sergey Lavrovla çox ağır diplomatik danışıqlar aparmalı olacaq. Çünki Rusiya qarşıdakı aydan etibarən özünün SSRİ-2 layihəsini reallaşdırmağa çalışacaq.

Xaqani Cəfərli, siyasi analitik
Tarix: 19-07-2020, 11:40
Xəbəri paylaş



Xəbər lenti