"Dağlıq Qarabağ Azərbaycan ərazisidir" - Rusiya Dövlət Dumasının komitə sədri

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı indiyə kimi bir sıra səhvlər edilib. Məhz elə bu səhvlərə görədir ki, Ermənistan-Azərbaycan münaqişəsi 30 ilə yaxındır, həll olunmur".
Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi və erməni tərəfinin törətdiyi təxribatı şərh edən Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov bildirib.
Onun fikrincə, bu səhvlərdən biri münaqişənin nizamlanmasının məhz ATƏT-in Minsk Qrupuna həvalə olunmasıdır: “Bu, Qərbin istəyi ilə yaradılmış format idi. Təbii ki, o vaxtkı Rusiya hakimiyyəti - Prezident Yeltsin, xarici işlər naziri Kozırev də buna dəstək vermişdi. O vaxt bizim ölkədə Qərbin diktəsi ilə oturub-dururdular. Sizə deyim ki, həmin vaxt MDB Parlament Assambleyası çərçivəsində bu problemin həlli mümkün idi. Problemin həlli ilə bağlı sxem də hazırlanmışdı. Lakin o vaxt amerikalılar buna qarşı çıxdılar və Minsk Qrupu, həmsədrlik institutu yaradıldı. Baxın, Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyətdən sonra beynəlxalq təşkilatlar, o cümlədən Minsk Qrupunun həmsədrləri bəyanat yayaraq hadisəyə qiymət verdilər. Lakin burada əsas məsələ bu gərginliyin əsas səbəbini söyləməkdir. Gərginliyin əsas səbəbi diqqət mərkəzində olmalıdır. Nədir bu səbəb? Əlbəttə ki, Qarabağ münaqişəsinin həll olunmaması. Bu gün biz sərhəddəki gərginliyin sabitləşməsi üçün Minsk Qrupunun cəlb olunması barədə çağırışları eşidirik. Bu çağırışları edənləri anlamaqda çətinlik çəkirəm. Bəs, bu vaxta kimi Minsk Qrupu nə işlə məşğul olurdu? Nə edib axı bu təşkilat bu 30 il ərzində? Həqiqəti söyləsək, heç nə. Bilirsiniz, bu gün son baş verən və davam edən gərginliyi birinci kimin başlamasının indi heç bir önəmi yoxdur. Önəmli olan sual budur: gərginlik niyə baş verib? Əsas cavab isə budur: ona görə ki, münaqişə həll olunmayıb. Hər kəs yaxşı anlayır ki, bu müddət ərzində münaqişənin nizamlanması üçün heç nə edilməyib. Bunu artıq Rusiya rəhbərliyi də başa düşür. Bu, sevindiricidir. Rusiya rəhbərliyi başa düşür ki, ABŞ və Avropa, ümumilikdə Qərb regionda münaqişələrin bitməsini istəmir. Onlar Rusiyanın ətrafında qeyri-sabitlik olmasında, regional münaqişələrin yenidən alovlanmasında maraqlıdırlar".
Rusiyalı parlamentari münaqişənin həllinin yeganə bir yolu olduğunu bildirib: "Bunun üçün üç dövlətin rəhbəri - Rusiya, Azərbaycan və Ermənistan liderləri görüşüb bu məsələni kökündən həll etməlidirlər. Başqa həll yolunu görmürəm. Konfliktin hərbi yolla həllini də görmürəm. ATƏT-in Minsk Qrupu isə bu münaqişənin həllində maraqlı deyil. Ona görə də, onların fəaliyyətinin, daha doğrusu, fəaliyyətsizliyinin heç bir faydası yoxdur".
L. Kalaşnikov Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu söyləyib: "Heç kəs demir ki, bu, Azərbaycan ərazisi deyil. Əlbəttə ki, Azərbaycan ərazisidir. Lakin heç kəs bu ərazilərin geri qaytarılması üçün heç nə etmir, məsələ budur. Mən öz prezidentimi və Azərbaycan prezidenti İlham Əliyevi də yaxından tanıyıram. Ermənistan baş naziri Paşinyanı isə demək olar ki, tanımıram. Hesab edirəm ki, bu gün Vladimir Putin və İlham Əliyev öz nüfuzlarından istifadə edib, bu problemi həll edə bilərlər. Onlar həqiqətən də bu məsələnin ədalətli həllini istəyirlər. Təbii ki, bu problemi dərhal həll etmək olmaz. Amma nədənsə başlamaq lazımdır. Mən azərbaycanlıları bu məsələdə yaxşı anlayıram. Baxın, biz Dövlət Dumasında ərazi bütövlüyünün toxunulmazlığına qarşı çağırışlara görə cəza haqqında qanun qəbul etdik. İki-üç gün bundan qabaq bu qanunu qəbul etmişik. Bu qanunu Rusiya vətəndaşlarının necə böyük məmnunluqla qarşıladığının şahidi oldum. Ona görə də, sadə azərbaycanlıların ölkənin ərazi bütövlüyü ilə bağlı ağrısını, dərdini çox yaxşı başa düşürəm. Azərbaycanlıların bu gün küçələrə çıxıb orduya dəstək verməsi başa düşüləndir".
Dumanın komitə sədri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistan-Azərbaycan münaqişəsinə qoşulub-qoşulmayacağı ilə bağlı fikirlərə də münasibət bildirib: "KTMT-nin bu münaqişəyə qoşulması cinayət olar. Çünki bu təşkilat bu və digər qonşularımızla müharibə etmək üçün yaradılmayıb. Ona görə də bu söhbətlərə son qoyulmalıdır. Kimsə KTMT-ni Qarabağ münaqişəsinə cəlb etmək istəyirsə, bilsin ki, buna heç kəs, heç vaxt nail olmayacaq. KTMT-yə daxil olan ölkələr də çox gözəl bilir ki, bu təşkilat nə üçün yaradılıb. KTMT-nin Azərbaycanla müharibəyə qoşulacağını düşünmək belə axmaqlıqdır. Heç kəs buna getməz. Bunu unudun".
Tarix: 18-07-2020, 20:35
-
Dünən, 22:35
"Bu bədbəxt insanlar hara şikayət etsin?" - İşçilər SOCAR prezidentinə SUAL EDİR...
-
Dünən, 22:13
Macarıstanda deputat maaşı azaldıldı – Azərbaycanda da mümkündür?
-
Dünən, 21:58
Anar Bayramov öz adamlarını TƏBİB-ə yığır - Daha bir dostuna vəzifə verdi
-
Dünən, 21:47
TƏBİB-də rəhbərlər dəyişir, sistem olduğu kimi qalır - Raminlə, Vüqarla, Anarın nə fərqi?...
-
Dünən, 21:44
Baş Gömrük İdarəsində əməliyyat - Saxlanılanlar var
-
Dünən, 21:22
SOCAR ərazisində tikinti aparan Rövşən kimdir? VİDEO
-
Dünən, 21:15
Məktəblilərin intellektual yarışı: "HedaCore JR Çempionatı – Yaz mövsümü 2026" uğurla başa çatdı! -FOTO
-
Dünən, 21:10
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı "AZNEKTARİN" MMC-nin intensiv meyvə bağları və müasir suvarma infrastrukturu ilə tanış olub
-
Dünən, 21:04
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin memorandum şousu... - nəticəsiz "uğur" təqdim edilir (FOTOLAR)
-
Dünən, 21:01
Azərbaycanda hansı rayonda nə qədər qazi var? - SİYAHI
-
Dünən, 20:57
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Xoruzlu kəndində "PATRON" MMC-yə məxsus günəbaxan tumlarının emalı müəssisəsi ilə tanış olub
-
Dünən, 20:55
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verilib
-
Dünən, 08:00
Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir? - İTTİHAM VAR...
-
Dünən, 07:58
TƏBİB-in İcraçı direktorunun müavinlərindən biri Araz Nəsirov da getdi ...
-
Dünən, 07:34
Naxçıvan Hava Limanının vəzifəli şəxslərinə cinayət işi açılıb
-
10-06-2026, 23:22
ADY yerdə əlavə vaqon qoşur, qiymətlərsə “göylə gedir”
-
10-06-2026, 23:18
Rayon rəhbəri Bəyimsarov kəndində Birinci dərəcəli “Əmək” ordenli Fazil Vəliyevin pambıq tarlalarına baxış keçirib
-
10-06-2026, 23:11
“Xalqı dövlətə qarşı qaldırır” - Sahib Məmmədovdan Prezidentə ŞİKAYƏT
-
10-06-2026, 23:08
İcra başçısı şəhid atası Kamil İsmayılovu 60 illik yubileyi münasibəti ilə təbrik edib
-
10-06-2026, 23:04
Faizsiz kredit, yoxsa yeni borclanma? - Məcnun Məmmədovun planı nədir?
-
10-06-2026, 23:01
İcra başçılarının PULU kəsilir: Nazirdən ANONS - GƏLİŞMƏ
-
10-06-2026, 22:57
Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – İmişlidə Direktor Özbaşınalığı və regional rəhbərliyin "Haqq" Məntiqi!
-
10-06-2026, 13:37
“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
-
10-06-2026, 13:33
AYNA üçün vacib olanı qazancdır...
-
10-06-2026, 13:01
İcra başçısı şəhid anası Pərvanə Əhmədovanı 55 illik yubileyi münasibəti ilə təbrik edib
-
10-06-2026, 12:47
Gəncədə zibilə ayrılan milyon... - TƏFƏRRÜAT
-
10-06-2026, 12:44
“Kontakt Home”da fantastik cərimə skandalı - Məhkəmə özbaşınalığı durdurdu
-
9-06-2026, 22:02
Ankara hesablayır, Bakı əsəbiləşir: Paşinyan niyə problemə çevrildi?
-
9-06-2026, 21:54
Ekspert rəyi, yoxsa sifarişli narrativ? - BBC-nin görünməyən tərəfləri
-
9-06-2026, 21:46
74 gündür evlərə nə girə bilirlər, nə də çıxa - "Kömək etmək istəyəni də qoymurlar" - VİDEO