Türkiyənin ölkəmizə hərbi yardımı Rusiyanın da Ermənistana açıq dəstəyinə bəhanə verə bilərmi?



Tofiq Zülfüqarov: “Görünən odur ki, Rusiya Ermənistana dəstək verməyə tələsmir, ona görə ki...”


12 iyul döyüşlərinin başlandığı ilk andan etibarən qardaş Türkiyə dövləti Azərbaycana qəti və birmənalı şəkildə dəstəkləyən bəyanatlarla çıxış edib, problemin həlli üçün Azərbaycan tərəfinin seçəcəyi istənilən yol və vasitəni dəstəkləyəcəyini bildirib.

 

Maraqlıdır, Türkiyənin Azərbaycana açıq hərbi dəstəyi Rusiyanın da Ermənistana açıq dəstəyi ilə nəticələnə bilərmi? Başqa sözlə desək, bu günə qədər Ermənistanı açıq-gizli şəkildə dəstəkləyən Rusiya, Türkiyənin mümkün hərbi dəstəyini bəhanə gətirərək işğalçıya açıq şəkildə yardım göstərə bilərmi?

 

Moderator.az-a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov, məsələ ilə bağlı diqqət yetrilməsi gərəkən daha vacib məqamların mövcudluğunu vurğuladı:

 

“Hesab edirəm ki, bizim bu məsələdə diqqət yetirməli olduğumuz əsas məqam başqadır. Biz bir məqama daha çox diqqət yetirməliyik. Rusiya Ermənistana dəstək verməkdə maraqlıdır, yoxsa yox? Mənim apardığım təhlillər göstərir ki, Rusiya belə bir dəstəkdə maraqlı deyil. Məsələ bundadır ki, Rusiya Ermənistaan dəstək versə də, verməsə də Paşinyan hökuməti Rusiyanı, həmçinin KTMT-ni ittiham edəcək. Paşinyuan yaxşı başa düşür ki, Ermənistandakı rəqibləri, müxalifət Rusiya tərəfindən dəstəklənir. Paşinyan mövcud durumdan istifadə edib Qərbyönümlü siyasətini davam etdirməyə çalışacaq. Həmçinin, ölkə daxilindəki 5-ci kalonin təmsilçilərini neytrallaşdırmağa cəhd edəcək. Bunu Rusiya da başa düşür və ona görə də Ermənistana kömək eləməyə tələsmir.

 

Bu məsələdə təbii ki, Türkiyə faktoru var. Lakin bu, əsas faktor deyil. Türkiyə və Rusiya zəngin təcrübəyə malik dövlətlərdir və onlar dünyanın müxtəlif regionalrında baş verən hadisələrlə bağlı müzakirələr aparıb razılığa gələ bilərlər”.

Tarix: 17-07-2020, 15:09
Xəbəri paylaş



Xəbər lenti