
Türkiyə bütün imkanları ilə
Azərbaycanın yanındadır, Ermənistan ağlını başına yığsın!
KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu səsləndirib.
O, bu gün Azərbaycan Xarici İşlər nazirinə zəng edəcəyini və müzakirələr aparacağını deyib:
“Ermənistan yeni münaqişə zonaları yaratmaq istəyir. Bu günə qədər onlar siyasi həll yoluna yanaşmayıb. Ermənistanın törətdiyi qəbuledilməzdir. Azərbaycan yalnız deyil”, deyə nazir bildirib.
Tarix: 13-07-2020, 13:00