Avropada Türkiyəyə qarşı cəbhə: NATO “oyun”dan çıxdı


Avropada Türkiyəyə qarşı cəbhə: NATO “oyun”dan çıxdı

Fransa Türkiyəyə qarşı mübarizədə NATO-dan dəstək ala bilməyib və o, Avropa Birliyində anti-Tükiyə cəbhəsi yaratmaq istəyir.
Cebhe.info xəbər verir ki, bunu “Anadolu” agentliyi yazıb.
Müəllif bildirir ki, NATO baş katibi Yens Stoltenberq Fransanın Türkiyə ilə bağlı iddialarını araşdıracaöını bildirməklə kifayətlənib. Bu iddialar əsasən türk gəmilərinin Aralıq dənizindən Liviyaya Milli Birlik Hökumətinə silah daşıması barədədir. Bu qərarı alyans Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Fransa ilə bağlı bəyanatından sonra qəbul edib. Ancaq bu cavab Fransanı qane etmyib və o, birlik daxilində Türkiyəyə qarşı cəbhə yaratmağa başlayıb.
Xatırladaq ki, iki ölkə arasında qarşıdurma 17 iyunda başlayıb. Aralıq dənizinin Liviya sahillərində iki ölkənin gəmiləri arasında insident olub. Bundan sonra qarşılıqlı ittihamlar başlayıb.
Tarix: 8-07-2020, 14:26
Xəbəri paylaş



Xəbər lenti