“Şuşa əhalisinin 96%-i azərbaycanlılar olub, Şuşa tarixi Azərbaycan şəhəridir” - Yaşlı ermənidən etiraf




Ermənilərin öz aralarındakı mübahisəsi marağa səbəb olub.


Pravda.az xəbər verir ki, bir qrup öz aralarında şiddətli şəkildə Şuşa şəhərinin kimə aid olmasını müzakirə ediblər.

Onların arasında daha yaşlı olanları gənclərə başa salmağa çalışıb ki, Şuşa tarixən Azərbaycana məxsus, azərbaycanlıların yaşadığı və onların dədə-baba yurdu olub. Gənc erməni isə hiddətlə və acıqla sübut etməyə çalışır ki bu, belə deyil.


Amma yekunda gənc erməni yaşlıların özündən əmin, faktlı və qəti mövqeyi qarşsında deməyə söz tapmayıb və mübahisə sona çatıb.
  
Tarix: 14-02-2021, 08:57
Xəbəri paylaş



Xəbər lenti