Bölgələrdə olan bir çox məmurların, o cümlədən də Mingəçevir şəhərindəki bəzi məmurların varidatı paytaxtdakı yüksək çinli oliqarx-məmurlardan da heç də geri qalmır...
DTX-nın baş idarəsi yəqin ki,RETSİ-nin rəisi Saleh Abdullayevin fəaliyyətini mütləq araşdıracaq…
Məlumatlı mənbənin iddiasına görə,heç kimlə hesablaşmayan və fantastik sərvətə malik "Azərişıq”ASC-nin Mingəçevirdə yerləşən Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Saleh Abdullayev yalnız bir nəfərin liderliyini və rəhbərliyini qəbul edir:”Azərenerji” şefi Balababa (üzr istəyirəm Baba) Rzayevin…
Theazerbaijantimes.az-ın redaksiyasına daxil olan məlumtalara görə,"Azərişıq”ASC-nin Mingəçevirdə yerləşən Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi Saleh Abdullayev uzun illərdir məmur kimi fəaliyyət göstərsə də,onun təkcə Mingəçevirdə dəyəri milyonlara ölçülən biznes obyektləri və daşınmaz əmlakları var.Həmin obyekt və daşınmaz əmlakların bir hissəsinin siyahısını təqdim edirik:
-Mingəçevir şəhərinin İslamzadə küçəsində-Kür çayının yaxınlığında 3 böyük villa;
-Sağ sahil yaşayış massivində "Ana Kür Place” adlı şadlqı sarayı və mebel salonu;
-H.Əliyev prospektində üç mərtəbli "Səadət ” şadlıq sarayı+mərasim zalı;
-M.Maqomayev küçəsində binanın birinci mərtəbəsində böyük obyekt(hazırda "Təmiz qaz”a yüksək qiymətə icarəyə verilib);
-S.Vurğun küçəsində Məşğulluq Mərkəzinin keçmiş iki mərtəbəli binası(hazırda "Qaçqınkom”un nümayəndəlikləri yerləşir.Yəqin icarədar kimi);
-Şəhərin düz mərkəzində-ən bahalı yerdə qiyməti təxminən yarım milyon manat olan villa;
-Mingəçevir şəhəri, 20 yanvar küçəsində "köhnə mebelni” adlanan binada avro-təmirli 5 otaqlı mənzil;
-Kür çayının sağ sahilində yeni otel layihəsi üçün böyük torpaq sahəsi;
-Şəhərin "Lakavarka” deyilən hissəsində 1 ha torpaq sahəsi(sotu təxminən 8-10 manat);
-Mingəçevir Polis şöbəsində işləyən oğlu-baş leytenant Aydın Abdullayevin hər gün işə sürdüyü 99-AA-018 dövlət nömrə nişanlı son model BWW maraklı avtomobil;
Maraqlıdır,Polis rəisi heç ondan soruşmayıb ki,sənin hər gün işə gəldiyin bu bahalı avtomobil hansı idarə və təşkilata məxsusdur…Yoxsa, bu "arxalı”,pullu polis zabiti kimlərəsə ismarıc yollayır???
-Qiyməti 100 mindən artıq olan son model "Nissan-Patrol” maraklı avtomobil;
-Range Rover;
-"Merseds”-S600
-Bakının müxtəlif ünvanlarında, o cümlədən Yasamal rayonu ərazisində yerləşən "Novostroyka”larda bir neçə təmirli mənzil;
-Bakı şəhərində "Avto-salon”;
Saleh Abdullayevin rəhbərlik etdiyi qurumun daxilində həyata keçirdiyi idarəetmə mexanizmləri və kadr təyinatlardan isə əməlli-başlı kitab yazamaq olar.Hətta,mingəçevirlilər arasında belə deyir:”Saleh müəllimin rəhbərlik etdiyi idarə Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsi (RETSİ) yox,”Abdullayev”MMC-dir”.Çünki adıçəkilən idarədə onun nə az,nə çox 20 nəfərə yaxın qohumu və ailə üzvləri işləyir.Həyat yoldaşı Sevil Abdullayeva(mühasib), qaradşı Müşfiq, qardaşının kürkəni Cavid, bacısı oğlu və s. yaxın qohumları(dəqiq adlı siyahını növbəti günlərdə təqdim edəcəyik)…
Bu isə "Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin tələblərinin kobud şəkildə pozulmasıdır.
Biznesmen məmur Saleh Abdullayev qanunsuz əməlləri bununla bitmir.Belə ki,o ötən ilə kimi saxta diplomla onun müavini işləmiş Arif Cəfərova "krışalıq” edərək,onu Yevlaxa müdir təyin etdirib. Ali təhsili olmayan bu şəxsin "Azərişıq” sistemində necə rəhbər vəzifədə çalışması olduqca maraqlıdır…
Hətta,ötən il məmur-oliqarx Saleh Abdullayevin adı başqa bir qalmaqalda da hallanmış və mətbuat səhifələrinə çıxmışdı.Söhbət Mingəçevirdə Yeni köçkün qəsəbəsindəki 144 min 904 manat dəyərində olan 750 KVA-lıq dizel genratorunun saxta sənədlə götürülərək naməlum istiqamətə aparılmasından gedir…Amma,nədənsə "Azərişıq” rəhbərliyi hələ ki, susqunluq nümayiş etdirir…
Son aylarda ölkə başçımız cənab İlham Əliyevin qanunsuz əməllərlə məşğul olan məmurlara qarşı sərgilədiyi barışmaz mövqe hər kəsdə böyük inam yardıb ki, özbaşınalıq edən məmurlara arxasının kim olmasından asılı olamayaraq sərt şəkildə cəzalandırılır.
Mövzuya qayıdacağıq…
Redaksiya olaraq yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…