Baba Rzayev Cəbrayılda 41 milyonluq tenderi qohumuna verib?

Baba Rzayev Cəbrayılda 41 milyonluq tenderi qohumuna verib?

“Azərenerji” ASC  bu ilin iyun ayında Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisitemə qoşulması üçün 330/33/33 kV-luq yarımstansiyanın tikintisi  üçün tender keçirib. 

“Yeni Sabah” dövlət elektron satılalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi “Electro Service” QSC (VÖEN – 1504224741) seçilib. Şirkətə yarımstansiyanın tikintisi üçün 40,9 milyon manat ödəniş edilib.

Qeyd edək ki, “Electro Service” QSC 08.10.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min manat olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev pr., ev 187B-də yerləşir. “Electro Service” QSC-nin qanuni təmsilçisi Babayev Tural Əli oğludur.

Maraqlı məqamlardan biri odur ki, dövlət qurumlarının keçirdiyi milyonluq tenderlərin qalibi olan “Electro Service” QSC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Şirkətin nə rəsmi saytı, nə də sosial şəbəkə hesabları var.

Diqqət çəkən digər bir maraqlı məqam isə odur ki, “Electro Service” QSC dövlət qeydiyyatına alınan zaman şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə yerləşib. Mediaya yayılan məlumatlara görə isə sözügedən ünvanda isə “Azərenerji” ASC-nin prezienti Balababa (Baba) Rzayevin ailə üzvlərinə məxsus şirkətlər yerləşir.

Tarix: 9-10-2024, 16:16
Xəbəri paylaş



Xəbər lenti