Maaşlar niyə azalıb? - “Qara mühasibatlıq”, pandemiya...


Maaşlar niyə azalıb? - “Qara mühasibatlıq”, pandemiya...

2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin əməyin ödənişi xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz və ya 59,3 milyon manat azalıb.
6 ay ərazində ümumi olaraq əməyin ödənişi xərcləri üçün dövlət büdcəsindən 1 milyard 733,1 milyon manat xərclənib.
Bu haqda məlumatı Maliyyə Nazirliyi yayıb.
Bu azalmaların səbəbi nədir?
İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya açıqlamasında deyib ki, azalmaların əsas iki səbəbi var:

“Əsas səbəblərdən biri maaşların qeyri-rəsmi verilməsidir. Digər tərəfdən, pandemiya ilə əlaqədər hələ də bir sıra iş yerləri öz ritmik fəaliyyətlərini bərpa edə bilməyib. Bütün bunlar da işsizlərin həqiqi sayının azalmasına gətirib çıxarır. Böhranlı dövrdən sonra bütün özəl müəssisələr kiçilib. Məsələn, turizm sektorunda bütün işlər ləng gedir. Bu dövrdə də turizm məşğul olanlar işsiz qaldı. Yəni əməyin ödənişi xərclərinin azalması səbəbi ölkədə “qara mühasbatlığ”ın aparılması və iş yerlərinin azalmasıdır. Maaş azalması bu məsələyə o qədər də ciddi təsir etmir”.
Tarix: 12-08-2021, 22:26
Xəbəri paylaş



Xəbər lenti