“Sirli ünvan”dakı şirkətlərdən biri bu dəfə 15 min manatlıq tenderin qalibi oldu – TƏFƏRRÜAT


Azərbaycan Milli Aeroosmik Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Komor-2020” MMC (VÖEN- 1006771111) olub.
Azərbaycan Milli Aeroosmik Agentliyi yeni maşın və avadanlıqların alınması üçün “Komor-2020” MMC-yə 14 min 960 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, 14,96 min manatlıq tender müsabiqəsinin qalibi olan “Komor-2020” MMC cəmi 5 ay əvvəl – dekabr ayının 12-də dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 20 manat olan “Komor-2020” MMC -nin hüquqi ünvanı “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90”-da yerləşir. Qanuni təmsilçisi isə İbrahimov Şəmsəddin Bəhram oğludur.
Maraqlı məqamlardan biri də odur ki, ötən ilin iyul-dekabr aylarında “Komor-2020” MMC-nin  dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub. Belə ki, “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanda dövlət qeydiyyatına alınan “Komor-2020” MMC -nin qanuni təmsilçisi İbrahimov Şəmsəddin Bəhram oğlu eyni zamanda “Balxas”, “Myanmar” və “Pərvin” MMC-lərin də rəhbəri olub.
Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil, eyni zamanda şirkət adlarındakı bənzərlik də (əsasən coğrafi adlar) bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.
İyul-dekabr aylarında “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanda qeydə alınan şirkətlər bunlar olub:
AdıÜnvanNizamnamə kapitalıQanuni
təmsilçi
Qeydiyyat
tarixi
"Oşuma-2020”Binəqədi rayonu, Mikrorayon 7, ev 26.20 manatTəhməzov Elnur İbrahim04.06.2020
"Dənizli”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatƏbilov Rolan Əhsən06.07.2020
"Yolova”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatƏbilov Rolan Əhsən06.07.2020
"Yenıera”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatƏliyev Fərid Muxtarpaşa08.07.2020
"Maskat-LM”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatƏliyev Fərid Muxtarpaşa10.07.2020
"Netgear-2020”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9010 manatMansurov Rasul Eldəniz13.07.2020
"Reliance-2020”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9010 manatMansurov Rasul Eldəniz13.07.2020
"Vankuver”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatAbbasov Əli Fizuli14.07.2020
"Ncamena”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatAbbasov Əli Fizuli14.07.2020
"Tonota”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9010 manatSəmədov Bayram Salman17.07.2020
"Tamaqa”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9010 manatSəmədov Bayram Salman17.07.2020
"Kuala-2020”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatSəmədov Səməd Salman20.07.2020
"Petra-2020”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatSəmədov Səməd Salman20.07.2020
"Bolıvıya”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatAbbasov Elməddin Xaləddin28.07.2020
"6ES04Y4”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatAbbasov Elməddin Xaləddin28.07.2020
"Samoa-LM”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9010 manatQuliyev Nicad Vaqif28.07.2020
"Uqanda”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9010 manatQuliyev Nicad Vaqif29.07.2020
"Lesoto”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatHacızadə Vüsal Xaliq04.08.2020
"Malavı”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatHacızadə Vüsal Xaliq04.08.2020
“Bazarçay”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatAğayev Fuad Ələddin13.08.2020
“Anabar”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatAğayev Fuad Ələddin13.08.2020
“Atray”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatƏhədov Səmədağa Vəli4.09.2020
“Barfonq”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatƏhədov Səmədağa Vəli4.09.2020
“Balxas”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatİbrahimov Şəmsəddin Bəhram8.12.2020
“Pərivan”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatİbrahimov Şəmsəddin Bəhram8.12.2020
“Myanmar”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatİbrahimov Şəmsəddin Bəhram9.12.2020
“Komor-2020”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatİbrahimov Şəmsəddin Bəhram9.12.2020
“Aqraxan”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatHəsrətov Azər Möhtərəm21.12.2020
“Bukıt 2020”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatHəsrətov Azər Möhtərəm21.12.2020
“Dolles”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatHəsrətov Azər Möhtərəm21.12.2020
“Kanıd-Group”Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 9020 manatHəsrətov Azər Möhtərəm21.12.2020





































































Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi 3-4 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətlərinin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Tarix: 19-05-2021, 08:54
Xəbəri paylaş



Xəbər lenti