Azərbaycan Venesuelanın gününə düşə bilər


Qaşqay İsmayıl
Adətən Orta Asiya idarəetməsi istehza ilə qarşılansa da, Covid-19-la mübarizədə bu ölkələr kifayət qədər rasional hərəkət edirlər
Məsələn, Özbəkistanda insanlar adi həyatlarını yaşayırlar, hətta futbol oyunlarında da tamaşaçılar əsas etibarilə maskasız iştirak edirlər.
Bu yanaşmanı təbii qəbul etmək lazımdır. Koronavirusa qarşı dünya ölkələri əsasən iki tip yanaşma nümayiş etdirdilər. Böyük maliyyə resurslarına çıxışı olanlar iqtisadiyyatı tam dayandırsalar da, əvəzində əhalinin minimum ehtiyaclarını təmin edərək, onları ən sərt qaydalara əməl etməyə məcbur etdilər. Yoxsul ölkələr isə, bu imtiyazdan məhrum olduqlarından, koronavirus şousunda formal iştirak etməli oldular, bir çox qadağalara əməl etməməklə, iqtisadiyyatlarını qorumaq, onsuz da yoxsul əhalini sıxmamaq yolu seçdilər
Məsələn, post-pandemiya dövrü üçün Polşa AB-dən 36 milyard avro yardım alacaq. Orta Asiya ölkələri bu imkanlardan məhrum olduqlarından, heç olmasa iqtisadi aktivliyi qorumaqda maraqlıdırlar.
Karantinin tətbiqi baxımından yuxarıdakı hər iki qrupdan fərqlənən nadir istisnalardan biri Azərbaycan oldu
İqtisadiyyatı tamamilə iflic edən sərt qadağalara baxmayaraq, əhalinin təminatı ilə bağlı hökumət real addımlar atmadı. Əksinə, sırf yoxsul əhaliyə qarşı yönəlmiş cərimələr, ictimai nəqliyyata məhdudiyyətlər, iş yerlərinin bağlanması vəziyyəti daha da gərginləşdirdi
Maliyyə resurslarına əli çatmayan yerli hökumət, Özbəkistandakı kimi iqtisadi aktivliyi qorumalı, əhalini bir tikə çörəyə möhtac qoymamalıydı. Lakin görünür, Azərbaycanda mövcud olan hakim komanda dost Venesuelada baş verənlərdən ilhamlanır. Xatırladaq ki, Venesuelada adambaşına düşən ÜDM 1945-ci il səviyyəsinə qədər azalıb və ölkənin bərpa olunmasına onilliklər tələb olunur
Belə getsə, hazırki absurd iqtisadi siyasətin nəticəsində Venesuelanın aqibəti Azərbaycanın da başına gələ bilər.
Tarix: 8-05-2021, 18:45
Xəbəri paylaş



Xəbər lenti