Pul bazarı: Ən baha və ən ucuz kriptovalyuta SİYAHISI


Pul bazarı: Ən baha və ən ucuz kriptovalyuta SİYAHISI

Xəbər verdiyimiz kimi, “Ethereum” son 10 gündə 30%-dən çox bahalaşaraq qiyməti 3 min dollar səviyyəsini də keçib.
Belə ki, bazar ertəsi günü səhər saatlarında 3 min 54 dollardan ticarət olunub. Ən böyük kriptovalyuta olan “Bitcoin”in dominatlığı 2021-ci ilin əvvəlində 70% ətrafındaykən, hazırda 2,3 trilyon dollar dəyər ilə 46% səviyyəsindədir.
“Ethereum”un dominatlığı isə artaraq 15%-ə çatıb. 2021-ci ilə 729 dollar ətrafında başlayan “Ether” ilin əvvəlindən bu yana 312% dəyər qazaraq dəyəri 4 dəfə artıb.
Maraqlıdır ki, kriptovalyutalar ümumiyyətlə neçəyə satılır?
Cebhe.info-nun araşdırmasına görə, hazırda "Bitcoin" və "Etherum"dan sonra siyahıda "Binancecoin" qərarlaşıb. Bu kriptovalyutanın dəyəri 3,64 faiz artaraq, 645,62 dollar dəyərində olub.
"Dogecoin" 9,84 faiz dəyər itirərək 0,606 dollar təşkil edib.
“XRP2 6,46 faiz artımla 1,650 dollar təşkil edib.
"Cardona" 24 saatda 18,81 faiz artım göstərib və ümumi dəyəri 52,34 min dollar olub.
Kriptovalyuta bazarında ən aşağı qiymətə sayılan "Nucypher"dir ki, son 24 saatda da 5,20 faiz dəyər itirib və beləliklə onun qiyməti 0,572 dollara düşüb.
Tarix: 6-05-2021, 19:52
Xəbəri paylaş



Xəbər lenti