Bakı Sağlamlıq Mərkəzinin yığılmış zərəri 13 milyon manata yaxınlaşdı


Azərbaycanın aparıcı tibb müəssisəsi – Bakı Sağlamlıq Mərkəzi (BSM) 2020-ci ili 6,724 milyon manat zərərlə başa vurub.
 
Pravda.az xəbər verir ki, bu, 2019-ci illə müqayisədə 4,7% çoxdur.
 
Son nəticədə BSM-nin yığılmış zərəri 97% artaraq 12,959 milyon manata çatıb.
 
Ötən il BSM əvvəlki illə müqayisədə 58,2% çox – 15,495 milyon manat əməliyyat gəliri əldə edib. Qurumun əməliyyatlarının maya dəyəri isə illik müqayisədə 36,2% çox– 22,219 milyon manat təşkil edib.
 
Bu il yanvarın 1-nə BSM-in aktivləri 56,33 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,5% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 70,9% artaraq 299 min manata çatıb, balans kapitalı isə 10,7% azalaraq 56.03 milyon manata düşüb.
 
Report
Tarix: 4-05-2021, 10:54
Xəbəri paylaş



Xəbər lenti