Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun İngiltərədəki daha bir şirkəti ləğv edilir. Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
K.Heydərovun övladları Tale və Nicat Heydərovlara aid 2011-ci ildən fəaliyyət göstərən UEI PROPERTY (UK) LIMITED daşınmaz əmlak şirkətinin ləğv ediləcəyi ilə bağlı Britaniya Şirkətlər Evinə aid rəsmi "First Gazette"də martın 30-da elan verilib. İki ay ərzində şirkətin qeydiyyatdan çıxarılması gözlənilir. Şirkətin ofisi Londonda, Lime Street 52-də yerləşən məşhur The Scalpel biznes mərkəzinin 18-ci mərtəbəsində yerləşirdi. UEI PROPERTY (UK) LIMITED Britaniyanın Virciniya adalarında qeydiyyatda olan UNITED ENTERPRISES INTERNATIONAL LIMITED şirkətinin törəməsidir. 2019-cu il maliyyə sənədlərinə görə bu şirkətin aktivləri 5 milyon funt-sterlinq (11 milyon manat) civarında olub.
Qeyd: Heydərovlara məxsus daha iki şirkət - “Cafe Baku Limited” və "Azerbaijan Juices Limited” şirkətləri də bu ilin əvvəlində ləğv olunub.
Fotoları təqdim edirik
Tarix: 18-04-2021, 11:40