Saleh Məmmədovun QARABAĞDA yol ''PLANI''- Şuşa yolunu Saleh Məmmədova etibar etmək olmaz ...



Saleh Məmmədovun QARABAĞDA yol ''PLANI''-
Şuşa yolunu Saleh Məmmədova etibar etmək olmaz

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun tərcümeyi-halında qeyd edilib ki, 2015-ci ildə, yəni 58-59 yaşında Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” fakültəsini bitirmişdir.
Bu fakt özlüyündə çox söz deyir. Görəsən 60 yaşında hüquqşünas diplomu almaq Saleh Məmmədovun nəyinə lazım olub ?
Onsuz da neçə illərdir ki, “Azəryolservis” ASC-nin, sonra adı dəyişdi “Azəravtoyol” ASC oldu, indi də adı Avtomobil Yolları Dövlət Agentliyi olan quruma rəhbərlik edir.
Görəsən, Saleh Məmmədov ali hüquq diplomu almaq üçün bircə saat dərsə gedibmi ?
İnanan daşa dönsün. Yaxşı 60 yaşında diplom alan Saleh müəllim görəsən neçə yaşında gördüyü qanunsuz işlərə tövbə deyəcək.
Saleh Məmmədovun rəhbər olduğu qurum Azərbaycanda ən çox tənqid olunan qurumdur.
Təsəvvür edirsiniz, Azərbaycanda çəkilən yolun qiyməti dünyada ən bahadır. Ancaq keyfiyyəti isə dünyada ən aşağıdır. Bir yolu neçə dəfə söküb təzədən çəkərlər. Və hər dəfə milyonlar sərf olunur.
Həmin pulların hesabına Saleh Məmmədovun cavan oğlu Sübhan Məmmədli Londonda mülklər alıb, özünün Avropada şirkətləri işləyir.
Bu adamlar Qarabağda bircə saat da olmayıblar, burunlarına barıt iysi dəyməyib. Ancaq dövlətin vəsaitini Avropada sağa-sola xərcləyirlər.
Bəli, minlərlə şəhidimizin, qazimizin hesabına Qarabağ torpağı azad olundu.
İndi isə Qarabağda abadlıq, quruculuq işləri gedir, yollar çəkilir.
Və yenə yolların haqq-hesabına Saleh Məmmədov baxır.
Axı, bu torpaqları Saleh Məmmədovun yenidən milyonlar qazanması, oğlu Sübhanın o pulları xərcləməsi üçün azad etməyiblər e, cənablar.
Onun yolu da, kolu da, dərəsi də, dağı da vətəndir. Saleh Məmmədov bilir ki vətən nədir? Salehlərin vətəni də, torpağı da, imanı da, dini də puldur.
Cənab Prezidentimiz İlham Əliyev Şuşaya uzanacaq 101,5 kilometr yolun çəkilməsinə göstəriş verib. Yeni yol 2022-ci ilədək tamamlanmalıdır. Bu yolun inşasına büdcədən 50 milyon manat ( 29.4 milyon dollar) pul ayrılıb.
Əgər Saleh Məmmədov digər yollarımızda olduğu kimi Şuşa yolunun da pulunu basıb yeyəcəksə, vay bizim halımıza.
Gundelik-baku.com-a daxil olan məlumata görə, yolun salınmasında Türkiyənin məşhur Kolin İnşaat şirkəti iştirak edəcək.
Daxil olan məlumatlardan bəlli olur ki, Saleh Məmmədov yenə köhnə əməllərindən qalmır. Tikintidə iştirak edəcək şirkətlərlə sövdələşir.
Bütün bunlar şəhidlərimizin ruhuna hörmətsizlikdir, cənab Saleh Məmmədov.
Növbəti yazımızda yol tikintisinə ayrılan pulların necə ''xərclənməsindən'' geniş bəhs edəcəyik.
gundelik baki.com
Tarix: 15-04-2021, 23:45
Xəbəri paylaş



Xəbər lenti