Ərzaq qiymətləri bu cür bahalaşır, son artım 11 faizdir - Rəqəmlər


Ərzaq qiymətləri bu cür bahalaşır, son artım 11 faizdir -  Rəqəmlər
Əsas ərzaq məhsullarının qiymətləri sürətlə bahalaşır, bundan gileylənən yalnız yaşam şərtləri pisləşən istehlakçılar deyil, həmçinin pərakəndə satışla məşğul olan ticarətçilərdir. Birincilər ailə xərclərinin artımından, ikincilər də əhalinin alıcılıq qabliyyətinin aşağı düşməsinə görə satışlarının azalmasından narazıdırlar.

Bakupost.az xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu son günlər bəzi məhsulların bahalaşması barədə bildirib.

Ekspert “Azərsun” bitki yağlarının qiymətlərini artımı əsasında bahalaşmaya aydınlıq gətirib:

“Əvvəlki qiyməti 3,20 manat olan 1 litr "Evim" günəbaxan yağı hazırda 3,58 manata, 3,16 manat olan 1 litr "Final" günəbaxan yağı hazırda 3,51 manata, 4,02 manat olan 1 litr "Möcüzə" günəbaxan yağı 4,47 manata qalxıb. Hər 3 məhsulda son bahalaşma səviyyəsi 11 faizdir. Bu qiymətlər son deyil, "Azərsun"un qiymətləridir, onun üzərinə mağazalar da əlavələrini edirlər”.

Q.İbadoğlu bu prosesin əksər qida məhsullarında getdiyini vurğulayıb.

Tarix: 10-04-2021, 23:13
Xəbəri paylaş



Xəbər lenti