“Rusiya qazının Azərbaycandan Ermənistana nəqlini qısqanclıqla qarşılamaq lazım deyil”


“Rusiya qazının Azərbaycan ərazisindən Ermənistana müvəqqəti nəqli SOCAR-la  “Qazprom eksport" arasında qısa müddətli (təxminən 3 həftəlik) müqavilə imzalanmasına fərqli münasibətlər sərgilənir. Fikrimcə, Ermənistanın və Dağlıq Qarabağın  Azərbaycan və Türkiyəyə  inteqrasiyası sahəsində iqtisadi imkanlardan maksimum bəhrələnməliyik”.
 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.
 
Q.İbadoğlu bildirib ki, bu, mövcud problemin həlli yollarından biri və vacibidir: “Ermənilərin bizdən asılı vəziyyətə düşməsini qısqanclıqla qarşılamaq lazım deyil. Nəzərə alaq ki, Ermənistana ötürülən qaz Rusiya qazıdır və Rusiya qazı martın 17-dən başlayaraq müvafiq tranzit ödənişi ilə Azərbaycan ərazisindən Gürcüstan ərazisinə və oradan Ermənistana çatdırılacaq. Burda başlıca məsələ şəffaflığın və hesabatlığın təminatıdır. Çox yaxşı olardı ki, SOCAR-la  “Qazprom eksport" arasında müqavilə açıqlansın və ordakı şərtlərlə hər kəsin tanış olmaq imkanı təmin edilsin”.
Tarix: 17-03-2021, 22:12
Xəbəri paylaş



Xəbər lenti