"Qiymətlər artırıldıqdan sonra növbə devalvasiyanındır"


"Səriştəli idarəetməsi olsaydı, "Azərsu" əvvəlki tariflə də mənfəətli müəssisə kimi işləyərdi. Yəni "Azərsu"yun, ona aid paylama şəbəkəsinin xarici idarəçiyə verilməsi planı özü-özlüyündə suyu bahalaşdıra bilməzdi. Görünür, hökumət və potensial xarici idarəçi "Azərsu"yun gəlirliliyini manatın yeni kursu ilə hesablayır".

Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın sədri İlqar Məmmədov deyib.


İ.Məmmədov xatırladıb ki, 2015-ci ildə əvvəl manat qiymətdən düşüb, sonra tariflər artırılıb: "Bu dəfə öncə benzin, su və digər təməl malların qiyməti bir-bir artırılır, sonra isə devalvasiyanın növbəsidir. Bunun 2021-ci ilin dövlət büdcəsindəki əlamətlərini ətraflı göstərmişdim. Təkrar-təkrar deməli oluram: Orta və uzun perspektivdə Azərbaycanın pulu yoxdur. Pulu ancaq dərin və həqiqi islahat gətirə bilər. Qanun aliliyindən başlayan islahat". 
Tarix: 2-02-2021, 08:22
Xəbəri paylaş



Xəbər lenti