2020-cu ildə Xızı rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 884 min 316 manat məbləğində 10 tender keçirilib.FED.az-ın məlumatına görə, İcra hakimiyyəti 3 tenderə 425 min 309 manat xərcləyib. Xızı Rayon İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderin qalibi "ŞABRAN-D" MMC (332 min 157 manat) olmuşdur.
Xızı Suvarma Sistemləri İdarəsi 2020-ci ildə 2 tender keçirib ki, qaliblərə 340 min 761 manat ödənilib. Hər iki tenderin qalibi "Azərenerji Təchizat" MMC olmuşdur.
Neqativ.com FED.az-a istinadən 2020-cu ildə Xızı Rayonunda keçirilən tenderləri təqdim edir.
Tarix: 12-01-2021, 13:08