Xaçmazda qaranlıq tenderlər - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR


Xaçmazda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR | FED.az

2020-cu ildə Xaçmaz rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 9 milyon 556 min 090 manat məbləğində 40 tender keçirilib.

FED.az-ın məlumatına görə, İcra hakimiyyəti 14 tenderə 3 milyon 198 min 780 manat xərcləyib. Xaçmaz Rayon İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderin qalibi  "SDS GROUP" MMC (1 milyon 534 min 656 manat) olmuşdur.

Xaçmaz Suvarma Sistemləri İdarəsi 2020-ci ildə 4 tender keçirib ki, qaliblərə 684 min 904 manat ödənilib. Ən böyük tenderin qalibi "Tikinti Bərpa Firması" MMC(289 min 960 manat) olmuşdur.
FED.az 2020-cu ildə Xaçmaz Rayonunda keçirilən tenderləri təqdim edir.
imageimageimage


DİA.AZ bildirir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderin qalibi "SDS GROUP" MMC ilə bağlı olduqca məhdud məlumatlar var və bu şirkətin yeni icra başçısının yaxın adamlarınba aid olduğu deyilir. Yəni görünəni odur ki, yeni başçılar da köhnələırin yolu ilə irəlimləməkdədir.

Xaçmaz Suvarma Sistemləri İdarəsinin ən böyük tenderinin qalibi olan "Tikinti Bərpa Firması" MMC-yə gəlincə isə bu şirkət özünü icra hakimiyyətlərinə ZİBİL QUTUSU almaqla "zibilə salmışdı"...

Aydın olur ki, bu ilin aprel ayında "Sumqayıt Şəhər Təmizlik Departamenti" MMC -nin "Zibil konteynerlərinin satın alınması” məqsədilə elan etdiyi tenderin qalibi olan "Tikinti Bərpa Firması” MMC öz növbəsində "Sumqayıt Şəhər Təmizlik Departamenti" MMC 575 ədəd 1100 litirlik zibil konteyneri satmalı idi.

"Sumqayıt Şəhər Təmizlik Departamenti" MMC 575 ədəd 1100 litirlik zibil konteyneri üçün "Tikinti Bərpa Firması” MMC-yə 296 min 504 manat 50 qəpik ödəyib. Rəqəmlərdən də göründüyü kimi 1100 litirlik zibil konteynerinin 1 ədədinin qiyməti 516 manat hesablanmışdı.

Dia.az xatırladır ki, 2019-cu ilin dekabr ayında "Tikinti Bərpa Firması” MMC Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyinin keçirdiyi tenderin də qalibi olub. Tender nəticəsində "Tikinti Bərpa Firması” MMC 650 ədəd 1430 litrlik zibil konteyneri satın və 1 ədəd zibil konteynerinin dəyəri 438 manat olub
.
Açıqlanan məlumatlardan da göründüyü kimi 4 ay əvvəl daha böyük həcmdə olan zibil konteynerini 438 manata satın alındığı halda, sonradan 1100 litrlik zibil konteyneri 516 manata satın alınır. Qeyd edək ki, müxtəlif elan saytlarında 1100 litrlik metal zibil konteynerinin 420 manata satılmadı barədə elanlara rast gəlmk mümkündür.

Onu da bildirək ki, "Tikinti Bərpa Firması” MMC 03.03.2011-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Quba şəhəri məh.16 olaraq göstərilən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Qanuni təmsilçisi Cəfərov Rafiq İmanqulu oğlu olan MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil.

Belə bir korrupsiya şübhəli tenderdə adı çıxan "Tikinti Bərpa Firması” MMC indi də Xaçmazın yeni başçısının "diqqətindədir"... Nə deyirik, BAZAR OLSUN...

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Neqativ.com
Tarix: 12-01-2021, 13:01
Xəbəri paylaş



Xəbər lenti