Məsələ benzinin bahalaşmasında deyil, əsl BÖHRAN BURDADIR! - NƏ BAŞ VERİR?
Tarif Şurasının 4 yanvar tarixli iclasında təkcə yanacağın qiymətlərinə baxılmayıb. Şurada daşınmaz əmlakla bağlı tariflər barədə də qərar qəbul edilib və qiymətlər iki dəfə artırılıb.
Belə ki:
– Çoxmənzilli yaşayış binaları üzrə binanın ümumi sahəsinin hər 1 m2 -i 40 qəpik olduğu halda, artımdan sonra 85 qəpik olub.
Qeyri-yaşayış binaları (sahələri) və əmlak kompleksi kimi müəssisələr üzrə:
– sahəsi 100 m2-dək 240 AZN (əvvəl maksimum 120 AZN)
– sahəsi 100 m2-dən 500 m2-dək – max 980 AZN (əvvəl 490 AZN)
Mənzillər üzrə:
– sahəsi 50 m2 -dək (50 m2 daxil) olduqda – 20 AZN (əvvəl 12 AZN)
– sahəsi 50 m2 -dən çox olduqda, hər əlavə 1 m2 üçün 33 qəpik (20 qəpik)
Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə (sahəsi 5,0 ha-dək olduqda):
– pay torpaqları-ailə kəndli təsərrüfatına məxsus olduğu hallarda maksimum 125 AZN
– kənd təsərrüfatı torpaqları ilə bağlı digər hallarda maksimum 175 AZN
(Əvvəlki tarifdə vahid tarif olub və maksimum qiymət 66 AZN təşkil edib.
Həyətyanı və bağ sahələri üzrə:
– sahəsi 0,12 ha-dək olduqda – 20 AZN (əvvəl 12 AZN)
– sahəsi 0,12 ha-dan çox olduqda, hər əlavə 0,01 ha üçün – 1,7 AZN (əvvəl 1 AZN)
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) sorğumuza cavab olaraq bildirildi ki, tarif artımları yüksək deyil. Evlərin özəlləşdirilməsi tariflərinin ikiqat artması isə bu sahədə fəaliyyət göstərən icra hakimiyyəti orqanlarının xidmət keyfiyyətini artıracaq:
“Xidmətlərin keyfiyyətinin artırılması ilk növbədə ərazi yerlərinin maddi-texniki bazalarının möhkəmləndirilməsi, işçilərin əmək haqqlarınn artırılması və onların maddi həvəsləndirilməsi əsasında baş verə bilər ki, yüksək səviyyəli xidmətlər göstərilsin. Tariflər birdəfəlik xərclərdir. Sahibkarlar, vətəndaşlar öz mülklərini sənədləşdirməklə, birdəfəlik xərc çəkməklə həmin əmlak üzərində qanuni hüquqlarının dövlət tərəfindən tanıdılmasına imkan yaradırlar”.
Sualımızı Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlıya da ünvanladıq.
Ekspertin fikrincə, ilkin qeydiyyat zamanı xidmət haqları və tariflərin artırılması zəruri olsa da, təkrar qeydiyyatda, xüsusilə də mənzillərdə qiymətin iki dəfəyə qədər artırılmasına ehtiyac yoxdur. Buna baxmayaraq, onun fikrincə, xidmət haqlarının artımı mənzil bazarında bahalaşmaya səbəb olmayacaq:
“Çoxmənzilli binaların qeydiyyata alınmasına görə 1 kv metr üçün təyin olunan rüsumlar 1 AZN-dən aşağıdır. Təbii ki, bu, qiymətə təsir göstərən səbəb deyil. Eyni zamanda, burda daha çox söhbət invertarlaşma və qeydiyyat zamanı tələb olunan rüsumlardan gedir. Həmin rüsumların artırılması hesab etmirəm ki, əmlak bazarında hər hansı dəyişikliyə gətirib çıxarsın”.
Qeyd edək ki, daşınmaz əmlakın özəlləşdirilməsi tarifləri sonuncu dəfə 2009-cu ildə dəyişdirilib.
Tarix: 8-01-2021, 09:30
-
Dünən, 22:35
"Bu bədbəxt insanlar hara şikayət etsin?" - İşçilər SOCAR prezidentinə SUAL EDİR...
-
Dünən, 22:13
Macarıstanda deputat maaşı azaldıldı – Azərbaycanda da mümkündür?
-
Dünən, 21:58
Anar Bayramov öz adamlarını TƏBİB-ə yığır - Daha bir dostuna vəzifə verdi
-
Dünən, 21:47
TƏBİB-də rəhbərlər dəyişir, sistem olduğu kimi qalır - Raminlə, Vüqarla, Anarın nə fərqi?...
-
Dünən, 21:44
Baş Gömrük İdarəsində əməliyyat - Saxlanılanlar var
-
Dünən, 21:22
SOCAR ərazisində tikinti aparan Rövşən kimdir? VİDEO
-
Dünən, 21:15
Məktəblilərin intellektual yarışı: "HedaCore JR Çempionatı – Yaz mövsümü 2026" uğurla başa çatdı! -FOTO
-
Dünən, 21:10
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı "AZNEKTARİN" MMC-nin intensiv meyvə bağları və müasir suvarma infrastrukturu ilə tanış olub
-
Dünən, 21:04
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin memorandum şousu... - nəticəsiz "uğur" təqdim edilir (FOTOLAR)
-
Dünən, 21:01
Azərbaycanda hansı rayonda nə qədər qazi var? - SİYAHI
-
Dünən, 20:57
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Xoruzlu kəndində "PATRON" MMC-yə məxsus günəbaxan tumlarının emalı müəssisəsi ilə tanış olub
-
Dünən, 20:55
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verilib
-
Dünən, 08:00
Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir? - İTTİHAM VAR...
-
Dünən, 07:58
TƏBİB-in İcraçı direktorunun müavinlərindən biri Araz Nəsirov da getdi ...
-
Dünən, 07:34
Naxçıvan Hava Limanının vəzifəli şəxslərinə cinayət işi açılıb
-
10-06-2026, 23:22
ADY yerdə əlavə vaqon qoşur, qiymətlərsə “göylə gedir”
-
10-06-2026, 23:18
Rayon rəhbəri Bəyimsarov kəndində Birinci dərəcəli “Əmək” ordenli Fazil Vəliyevin pambıq tarlalarına baxış keçirib
-
10-06-2026, 23:11
“Xalqı dövlətə qarşı qaldırır” - Sahib Məmmədovdan Prezidentə ŞİKAYƏT
-
10-06-2026, 23:08
İcra başçısı şəhid atası Kamil İsmayılovu 60 illik yubileyi münasibəti ilə təbrik edib
-
10-06-2026, 23:04
Faizsiz kredit, yoxsa yeni borclanma? - Məcnun Məmmədovun planı nədir?
-
10-06-2026, 23:01
İcra başçılarının PULU kəsilir: Nazirdən ANONS - GƏLİŞMƏ
-
10-06-2026, 22:57
Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – İmişlidə Direktor Özbaşınalığı və regional rəhbərliyin "Haqq" Məntiqi!
-
10-06-2026, 13:37
“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
-
10-06-2026, 13:33
AYNA üçün vacib olanı qazancdır...
-
10-06-2026, 13:01
İcra başçısı şəhid anası Pərvanə Əhmədovanı 55 illik yubileyi münasibəti ilə təbrik edib
-
10-06-2026, 12:47
Gəncədə zibilə ayrılan milyon... - TƏFƏRRÜAT
-
10-06-2026, 12:44
“Kontakt Home”da fantastik cərimə skandalı - Məhkəmə özbaşınalığı durdurdu
-
9-06-2026, 22:02
Ankara hesablayır, Bakı əsəbiləşir: Paşinyan niyə problemə çevrildi?
-
9-06-2026, 21:54
Ekspert rəyi, yoxsa sifarişli narrativ? - BBC-nin görünməyən tərəfləri
-
9-06-2026, 21:46
74 gündür evlərə nə girə bilirlər, nə də çıxa - "Kömək etmək istəyəni də qoymurlar" - VİDEO