Neftin bir barelinin qiymətinin 40-55 ABŞ dolları civarında olduğu təqdirdə, "qara qızıl"ın tarixi istehsal səviyyəsi bərpa ediləcək.Yenisabah.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Energetika nazirinin müavini Pavel Sorokin deyib.
"Qiymətlərin yenidən 10 dollara, yəni istehsalın rentabelliyini təmin etməyəcək səviyyəyə düşməsi üçün heç bir səbəb görmürük", - deyə P. Sorokin qeyd edib. (APA)
Qeyd edək ki, "Brent" markalı etalon neftinin bu ilin aprelində qeydə alınan minimal göstərici 15,98 dollar səviyyəsində olub. Bu, "OPEC+" alyansının üzvlərini neft hasilatının məhdudlaşdırılması ilə bağlı yeni qərarlar qəbul etməyə məcbur edib.
Tarix: 3-11-2020, 10:23