Türkiyə Qara dənizdə yeni qaz yatağı aşkarlayıb

Rəcəb Tayyib ƏrdoğanRəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə Fatih axtarış-qazma gəmisində olub. Prezident mütəxəssislərlə görüşəndən sonra yeni qaz ehtiyatının aşkarlandığını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat verib.
“Gəmimiz ilk qaz yatağının tapılmasından sonra işini davam etdirdi. Yeni tədqiqatlar zamanı daha 85 milyard kub metr qaz ehtiyatı tapılıb. Yatağın ümumi həcmi 405 milyard kub metr təşkil etdiyi məlum olub”, - deyə Türkiyə Prezidenti bildirib.
Ölkə başçısı bildirib ki, Türkiyə 2023-cü ildən yatağın istismarına başlamağı planlaşdırır.
Tarix: 17-10-2020, 22:53
Xəbəri paylaş



Xəbər lenti