Müharibə Ermənistan valyutasını hər gün ucuzlaşdırır

Müharibə Ermənistan valyutasını hər gün ucuzlaşdırır
Azərbaycanla-Ermənistan arasında gedən hərbi əməliyyatlar başlayandan Ermənistanın milli valyutası dəyər itirməkdə davam edir.

"MediaPost" Ermənistan Mərkəzi Bankına istinadən xəbər verir ki, oktyabrın 3-də dollar 488,60 drama qədər yüksəlib. Bu isə son bir həftədə dramın 0,7% ucuzlaşması deməkdir. Belə ki, sentyabrın 27-də 1 dollar 485,27 dram təşkil edirdi.

Dollarla yanaşı, avro da dram qarşısında bahalaşmaqda davam edir. Avro 1,2% bahalaşaraq 565,55 dramdan 572,54 drama yüksəlib.
Tarix: 3-10-2020, 10:03
Xəbəri paylaş



Xəbər lenti