“Əlinizi onların boğazlarından çəkin, qoyun işləsinlər...”




“Prezident İlham Əliyev son çıxışlarında dövlət şirkətlərini tənqid etdi, onların qeyri-effektiv işlədiyini vurğuladı, özəlləşdirmədən danışdı, dövlətin iqtisadiyyatda rolunun azalacağını vurğuladı, iqtisadiyyatın liberallaşacağını söylədi – bizdə dedik ki, nə yaxşı, illərdir söylədiyimizi elan etdilər. Amma o çıxışdan 1 aya yaxın keçməsinə baxmayaraq tam əks istiqamətdə qərarlar verilir, yeni dövlət şirkətləri yaradılır, köhnələrin nizamnamə kapitalı artırılır. Məsələn, Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi “ADY Ekspress” MMC-nin nizamnamə kapitalı kəskin artırılıb - şirkətin kapitalı 100 manatdan 1 911 634 manata çatdırılıb. Təsəvvür edirsinizmi, 100 manatdan birbaşa az qala 2 mln. manata artırılıb. Prezidentin son çıxışında ADY tənqid edilən qurumlardan biri idi, bəs indi nə baş verdi ki, bu təbii insiharçının törəmə şirkəti gücləndirilir?! Özü də bu şirkət dəmir yolu ilə yükdaşımaların həcminin artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün ekspeditor xidmətlər təklif edir, bunu dövlət şirkəti niyə etməlidir ki?!”.
 
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.
 
N.Cəfərli qeyd edib ki, bacarıqlı insanlar var, yükdaşıma işində bacarıqlı şirkətlər fəaliyyət göstərir: “Kargo" işini bilənlər var, imkan yaradın, əlinizi onların boğazlarından çəkin, qoyun işləsinlər, həm özləri, həm məmləkət qazansın. İmkan verməzlər, çünki “dövlətin malı dənizdi, yeməyən ....” prinsipi ilə idarə etməyi öyrəniblər. Pul dövlətin, şirkət dövlətin, ziyan dövlətin, qazanc isə məmurların – ona görə də bu komanda, bu sistem nə özəlləşməyə imkan verəcək, nə də iqtisadiyyatın liberallaşmasına - ümumiyyətlə, inhisarçı dövlət şirkətlərinə təkbaşına törəmə şirkət təsis etməyə qadağa qoyulmalıdır, onlar ən yaxşı halda yaradılan özəl şirkətlərdə müəyyən pay sahibi ola bilərlər. Dövlət iqtisadiyyatda ən zay menecerdir, dövlətin iqtisadiyyatda birbaşa iştirakı həmişə ziyana səbəb olur, rəqabət mühitini baltalayır, özəl təşəbbüslərin inkişafına mane olur...”.
Tarix: 15-09-2020, 08:46
Xəbəri paylaş



Xəbər lenti