Azərbaycan və Türkiyə qırıcıları Gəncə üzərində uçuşlar keçirəcək


Azərbaycan və Türkiyə qırıcıları Gəncə üzərində uçuşlar keçirəcək
Uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunacaq
 
Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar bu gün saat 14.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçiriləcək.
 
AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunacaq.
Tarix: 15-09-2020, 13:23
Xəbəri paylaş



Xəbər lenti