Xəbər verildiyi kimi, Bakıda orta məktəb direktorunun müəllimlərə qanunsuz tələblər irəli sürməsi ilə bağlı səs yazısı yayılıb.Səbail rayonu 162 nömrəli tam orta məktəbinin direktoru Arzu Nəzərova müəllimlərdən qanunsuz olaraq siniflərin təmirini tələb edir. Hansı ki, bu tələb qanunsuz və əsassızdır. Azərbaycanda fəaliyyət göstərən bütün orta məktəblərin təmiri dövlət tərəfindən aparılmalıdır.
Məsələ ilə bağlı Səbail rayonu 162 nömrəli məktəbin direktoru ilə əlaqə saxlasaq da, zənglərimiz cavabsız qalıb.
Bakı şəhəri üzrə Təhsil İdarəsi direktorun qanunazidd əməli bağlı
Cebhe.info-nun sorğusunu cavablandırıb.
Məlumatda bildirilir ki, sentyabrın 10-da paytaxtdakı 162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərovanın yayılan səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.
Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək:
“Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.
Tarix: 11-09-2020, 22:07