Əhməd Əhməzadə ilə Elman Nuriyevin ORTAQ BAZARI... - İTTİHAM

Prezident İlham Əliyev cənablarının son vaxtlar ən sərt tənqİd etdiyi sahələrdən biri də Meliorasiya və Su Təsərrüfatı ASC-dir. Konkret olaraq suvarma sahəsində su itkisi adı altında dövlətin milyonlarla vəsaiti kimlərinsə cibinə gedir. Və nəticədə fermerlərin, kəndlilərin əkin sahələri susuz qalır və ciddi problemlər yaranır. Əslində ASC-nin sədri Əhməd Əhmədzadə və onun müavinləri istədikləri fermerlərə su satmaqla milyonlar qazanır. İclasda cənab Prezidentin verdiyi sualların qarşısında Əhməd Əhmədzadə söz tapa bilmirdi. Çünki günahkardır. ASC-nin əsas qurumlarından biri də Bəndatma İdarəsidir. Bir çox rayonlarda bu idarə fəaliyyət göstərir. Onlardan biri – Sabirabad Rayon Bəndatma İdarəsidir. Bu idarə haqqında yazacaqlarımız digər rayonlardakı idarələrə də aiddir. Bu idarənin rəisi Elman Nuriyev çilingərlikdən, sadə mühəndislikdən və s gələrək nəhayət Əhməd Əhmədzadənin sayəsində idarə rəisi olub. Elman Nuriyev dövlətin bu boyda idarəsini öz qohum-əqrəbasının ixtiyarına verib. Məsələn, Elman Nuriyev öz qardaşı oğlu Qoçu Nuriyevi, qardaşı Saleh Nuriyevi, Mahir Nuriyevi, bacılarının həyat yoldaşları Nuru adlı şəxsi, Sakit Gülməmmədovu, adı çəkilən bu idarədə işlə təmin edib. İdarəyə məxsus texnikaların ehtiyat hissələrinin, əksər hallarda rayonun Heydər Əliyev prospektində bu şəxsin qardaşına məxsus mağazadan alındığı söylənilir. Büdcədən texnikaların ehtiyat hissələrinin alınması məqsədilə ayrılan külli miqdarda vəsaitlər, məhz idarə rəisinin qardaşına məxsus mağaza vasitəsilə silindiyi söylənilir. Bundan başqa, idarəyə verilən yanacağın, sürtgü yağlarının müxtəlif vasitələrlə satılması faktları da mövcuddur. Bütün bunlar onu təsdiq edir ki, Elman Nuriyev rayonda böyük biznes imperiyası qurub və bu gün onun yaxınlarından başqa bir kimsə onun həndəvərində ola bilməz. Təsəvvür edirsiniz dövlət vəsaiti hesabına alınan texnikalar sıradan çıxardılır və öz şirkətlərinə məxsus texnikalar guya icarəyə götürülür...özü də görünməyən qiymətə. Və bircə texnikanın istifadəsinə görə ayda 8-10 min manat pul silinir. Yəni dövlətin ayırdığı vəsaitlər ayrı-ayrı şirkətlər vasitəsi ilə şəxsi ciblərə gedir. Sonra da deyirlərki, Kür sahilindəki kəndləri sel-su basdı. Bu adamlar anlamır ki, kəndləri sel-su basmır ee, Əhmədzadənin və Elman Nuriyevin dağıtdığı vəsaitlərin seli basır. Görəsən niyə müvafiq dövlət qurumları tədbir görmür ? Axı, xırda bir təhqiqatla, araşdırma ilə dövlətə nə qədər ziyan dəydiyini müəyyən etmək olar. Və ən dəhşətlisi odur ki, Elman Nuriyevin timsalında eyni vəziyyət bütün rayonlarda oxşardır. Növbəti yazıda digər rayonlardakı vəziyyəti təhlil edəcəyik. //Gundelik-baku.com//
Tarix: 9-09-2020, 09:15
-
Dünən, 22:35
"Bu bədbəxt insanlar hara şikayət etsin?" - İşçilər SOCAR prezidentinə SUAL EDİR...
-
Dünən, 22:13
Macarıstanda deputat maaşı azaldıldı – Azərbaycanda da mümkündür?
-
Dünən, 21:58
Anar Bayramov öz adamlarını TƏBİB-ə yığır - Daha bir dostuna vəzifə verdi
-
Dünən, 21:47
TƏBİB-də rəhbərlər dəyişir, sistem olduğu kimi qalır - Raminlə, Vüqarla, Anarın nə fərqi?...
-
Dünən, 21:44
Baş Gömrük İdarəsində əməliyyat - Saxlanılanlar var
-
Dünən, 21:22
SOCAR ərazisində tikinti aparan Rövşən kimdir? VİDEO
-
Dünən, 21:15
Məktəblilərin intellektual yarışı: "HedaCore JR Çempionatı – Yaz mövsümü 2026" uğurla başa çatdı! -FOTO
-
Dünən, 21:10
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı "AZNEKTARİN" MMC-nin intensiv meyvə bağları və müasir suvarma infrastrukturu ilə tanış olub
-
Dünən, 21:04
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin memorandum şousu... - nəticəsiz "uğur" təqdim edilir (FOTOLAR)
-
Dünən, 21:01
Azərbaycanda hansı rayonda nə qədər qazi var? - SİYAHI
-
Dünən, 20:57
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Xoruzlu kəndində "PATRON" MMC-yə məxsus günəbaxan tumlarının emalı müəssisəsi ilə tanış olub
-
Dünən, 20:55
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verilib
-
Dünən, 08:00
Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir? - İTTİHAM VAR...
-
Dünən, 07:58
TƏBİB-in İcraçı direktorunun müavinlərindən biri Araz Nəsirov da getdi ...
-
Dünən, 07:34
Naxçıvan Hava Limanının vəzifəli şəxslərinə cinayət işi açılıb
-
10-06-2026, 23:22
ADY yerdə əlavə vaqon qoşur, qiymətlərsə “göylə gedir”
-
10-06-2026, 23:18
Rayon rəhbəri Bəyimsarov kəndində Birinci dərəcəli “Əmək” ordenli Fazil Vəliyevin pambıq tarlalarına baxış keçirib
-
10-06-2026, 23:11
“Xalqı dövlətə qarşı qaldırır” - Sahib Məmmədovdan Prezidentə ŞİKAYƏT
-
10-06-2026, 23:08
İcra başçısı şəhid atası Kamil İsmayılovu 60 illik yubileyi münasibəti ilə təbrik edib
-
10-06-2026, 23:04
Faizsiz kredit, yoxsa yeni borclanma? - Məcnun Məmmədovun planı nədir?
-
10-06-2026, 23:01
İcra başçılarının PULU kəsilir: Nazirdən ANONS - GƏLİŞMƏ
-
10-06-2026, 22:57
Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – İmişlidə Direktor Özbaşınalığı və regional rəhbərliyin "Haqq" Məntiqi!
-
10-06-2026, 13:37
“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
-
10-06-2026, 13:33
AYNA üçün vacib olanı qazancdır...
-
10-06-2026, 13:01
İcra başçısı şəhid anası Pərvanə Əhmədovanı 55 illik yubileyi münasibəti ilə təbrik edib
-
10-06-2026, 12:47
Gəncədə zibilə ayrılan milyon... - TƏFƏRRÜAT
-
10-06-2026, 12:44
“Kontakt Home”da fantastik cərimə skandalı - Məhkəmə özbaşınalığı durdurdu
-
9-06-2026, 22:02
Ankara hesablayır, Bakı əsəbiləşir: Paşinyan niyə problemə çevrildi?
-
9-06-2026, 21:54
Ekspert rəyi, yoxsa sifarişli narrativ? - BBC-nin görünməyən tərəfləri
-
9-06-2026, 21:46
74 gündür evlərə nə girə bilirlər, nə də çıxa - "Kömək etmək istəyəni də qoymurlar" - VİDEO