Zakir Fərəcov hələ də dirəniş göstərir... - Sahibkarlar çarəsiz durumda...

Son günlər ölkə gündəmini daha çox məşğul edən mövzulardan biri Dövlət Təhlükəsizlik Xidmətinin rayon icra hakimiyyətləri ilə bağlı həyata keçirdiyi anti-korrupsiya əməliyyatlarıdır. Əvvəl İsmayıllı rayonunda İsmayıllı şəhərinin icra nümayəndəsi həbs edildi. Məlum oldu ki, həmin şəxs aztəminatlı ailələr üçün ayrılan yardımları mənimsəyirmiş. Ardınca Dövlət Təhlükəsizlik Xidməti aprelin 29-da Biləsuvar Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. İcra başçısı Mahir Quliyevlə birgə müavinləri saxlanıb.
Qeyd edək ki, bu, son 5 ay ərzində həbs edilən sayca dördüncü icra başçısı olur. Bundan əvvəl Ağstafa, Neftçalanın icra başçıları vəzifə başındaca saxlanıblar. Onların etdikləri qanunsuz əməllər əməliyyat çəkilişi vasitəsilə nümayiş olundu. Həbs olunanlardan biri isə Yevlaxın sabiq icra başçı idi. Görünən budur ki, bəzi icra başçıları dövlətin gördüyü tədbirlərdən nəticə çıxarmaq əvəzinə, öz qanunsuz əməllərini davam etdirirlər. Təsadüfi deyil ki, ölkə başçısı da bir neçə dəfə çıxışlarında bu incə məqamlara toxunub. Prezident deyib: “Bəzi yaramaz icra başçıları həm özlərini, həm də bizim iqtidarımızı biabır ediblər. Onların alçaq hərəkətləri ümumi qınaq obyektinə çevrilib”. Ölkə başçısı ötən ay Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən demişdi ki, daha hansı addımlar atılmalıdır, neçəsi həbs olunmalıdır ki, onlar belə əməllərindən əl çəksinlər: “Hamı bilsin ki, məsələ bununla bitməyəcək. Birinci hadisə oldu, eşitmədilər, ikinci hadisə oldu, eşitmədilər. Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər? Bu proses davam etdiriləcək və hamı üçün də dərs olmalıdır. Ona görə bu biabırçı hallarla bağlı daha ciddi addımlar atılacaq”. Hadisələrin gedişi göstərir ki, yarıtmaz, korrupsioner icra başçıları ilə bağlı doğrudan da ciddi addımların atılması davam edir. Ancaq görünən budur ki, hələ də köhnə qaydada işini davam etdirən icra başçıları az deyil. Sosial şəbəkələrdə və bəzi elektron KİV-lərdə aparılan müzakirələrdən və dərc edilən materiallardan görünür ki, vətəndaşlar ölkədə aparılan ciddi anti-korrupsiya əməliyyatlarını dəstəkləyir və onların davamlı olmasını istəyirlər. Hətta açıq şəkildə DTX-nı rayonlarına dəvət edən vətəndaşlarımız da az deyil. Narazılığın daha çox ifadə edildiyi icra başçılarından biri də Zakir Fərəcovdur.
Ölkədə icra başçılarına yönəlik əməliyyatların fonunda Zakir Fərəcovun neqativ əməlləri ilə bağlı KİV-lərdə yayımlanan məlumatların analizi göstərir ki, Zakir Fərəcovdan Sumqayıt şəhərində aparılan abadlıq işlərinə görə pullarını ala bilməyən çoxlu sayda iş adamı var.
Sumqayıt Dənizkənarı Bulvarın tikintisi üçün ayrılmış milyonlarla manat vəsaitin işgörənlərə çatmaması, həm narazılığa, həm də qalmaqallı məsələyə çevrilib. Bununla bağlı tikinti işlərini həyata keçirən sahibkarlar bütün dövlət qurumlarlna üz tutublar. Onların əsas tələbi gördükləri işin müqabilində çatacaq pulun Sumqayıtın icra başçısı Zakir Fərəcovdan alınaraq, geri qaytarılmasıdır. Qeyd edək ki, sözügedən qalmaqal hələ 3 il əvvəldən başlayıb. Daha doğrusu, Bulvarın tikintisi 2016-cı ildə bitsə də, Zakir Fərəcov sahibkarlara çatacaq milyonlarla manat pulu bu günə qədər verməyib. İş adamları bildirir ki, bu müddət ərzində dəfələrlə icra başçısı ilə görüşməyə cəhd ediblər, amma faydası olmayıb. Rəsmi qurumlara etdikləri müraciətlərə müsbət cavab gəlsə də, problem hələ də həllini tapmayıb. Onlar bildirir ki, son üzə çıxan 3.7 milyon manat məsələsi isə Zakir Fərəcovun onların haqqını yeməsinin bariz nüminəsidir.
KİV-lərdə dərc edilən materiallrda bildirilir ki, Zakir Fərəcov Sumqayıt Bulvarında oğlunun adına “Paseydon” adlı restoran inşa etdirib: “Zakir Fərəcov oğlu Pərvin Fərəcovun adına sənədləşdirdiyi “Paseydon” adlı restoranı bizim pulumuzla inşa etdirib. Halbuki burada iki qanunsuzluq baş verib. Birincisi, dövlətin pulunu mənimsəyib. İkincisi isə oğlu Pərvin Fərəcovun biznes sahibi olmaq hüququ yoxdur. Çünki Pərvin faktiki olaraq prokurorluq işçisi sayılır”.
Qeyd olunur ki, Sumqayıt bulvarının tikintisinə və şəhərdə abadlıq işlərinə görə, dord yüzə yaxın şəxsə və sahibkara 8 milyon borc yaranıb.
Bütün bunlar onu deməyə əsas verir ki, Sumqayıtın icra başçısı Zakir Fərəcovun fəaliyyətinin ciddi təftişə ehtiyacı var. Ölkə başçısı yeni Baş prokuroru videoformatda qəbul edərkən etdiyi çıxışda bildirdi ki, korrupsiya ilə mübarizə tədbirləri bitməyib. Prezident faktiki olaraq məmur korpusunda yeni həbslərin, yoxlamaların olacağına işarə etmiş oldu. Bu səbəbdən də kifayət qədər nöqsanlara yol verən icra başçıları üçün də qara buludların yaxınlaşdığı qənaətinə tam gəlmək olar. Bəs Zakir Fərəcov bundan niyə nəticə çıxarmır… //nuh.az//
Tarix: 4-09-2020, 09:27
-
Dünən, 23:18
TƏCİLİ! Tramp ELAN ETDİ: Hücumlar BAŞLAYIR
-
Dünən, 22:58
Abdin Fərzəliyev jurnal satan şirkətdən 96 000 manatlıq ət alır
-
Dünən, 18:02
Cəlilabadda Rəsm Qalereyasının tikintisi yarımçıq qalıb - Pul necə yoxa çıxıb?
-
Dünən, 17:43
Sumqayıtda qanunsuz tikinti evlərə ziyan vurdu - "Fərəcov da bizə kömək etmir..." - VİDEO
-
Dünən, 17:40
"Dizə kimi palçığın içində evə gedirik" - Problem niyə həll olunmur? - VİDEO
-
Dünən, 12:36
Şirvan "103"də Nələr Baş Verir? – Rəhbər Özbaşınalığı Və Təhlükədə Qalan Həyatlar!
-
Dünən, 12:34
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
-
Dünən, 12:32
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
-
Dünən, 12:31
Kamaləddin Qafarovun şirkətləri 4 ayda 16 milyonluq tender qazanıb?
-
Dünən, 12:31
TƏBİB-də “Laboratoriya mafiyası” – ARAŞDIRMA
-
Dünən, 12:29
Əsas məqsəd dəyişmir - "Azərlotereya"qazansın, vətəndaş isə ağılı varsa oynamasın...
-
Dünən, 12:28
Mehriban xanım, Milli Onkologiya Mərkəzini rüşvət xərçəngindən XİLAS edin! -MÜRACİƏT
-
Dünən, 12:28
"Öz qızına yiyə dura bilmədi, mənim oğlumu öldürdü" - 13 il əvvəl öldürülən Vüsal Şilderin anası DANIŞDI
-
Dünən, 12:28
İbrahimovun başında durduğu xidmət... - Barəsində şikayətlər durmadan artır...
-
Dünən, 12:27
Zakir İbrahimovun oğlunun mediadakı arxivi: "Qızıl Oğlan", Şübhəli Tenderlər və "PP" Seriyalı Lüks Həyat
-
Dünən, 11:01
Hörmüz boğazı yenidən bağlanıb
-
Dünən, 10:58
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
-
Dünən, 10:54
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
-
18-04-2026, 22:28
Qarabağ adı altında qanunsuz toplanan milyonlar- “Azərişıq” sənədsiz fərdi evləri, obyektləri necə və neçə minə sayğaclaşdırır!
-
18-04-2026, 22:21
Tanınmış vəkildən qalmaqallı iddia: Əli Əsədov xəbərindən sonra məmurlar falçı qapısında milyonlar xərcləyir!
-
18-04-2026, 21:46
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
-
18-04-2026, 21:43
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
-
18-04-2026, 21:42
Deməli, bu məmurlar ölkə iqtisadiyyatını inkişaf etdirmək əvəzinə öz şəxsi iqtisadiyyatlarını çiçəkləndirirlər
-
18-04-2026, 21:40
“Salyan Aqro Park”ı fermerlərin ödənişini vermir.. Yalçın Camalov subsidiya vermədiyi əsas gətirilir …. VİDEO
-
18-04-2026, 09:45
Abdin Fərzəliyevlə Hacı Məhərrəm “My Beach” restoranının ərazisini genişlədirir - VİDEO
-
18-04-2026, 09:39
Deputat Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma
-
17-04-2026, 23:17
Peşə Təhsili Agentliyində kadr xaosu - Boş ştatlar, bölüşdürülən maaşlar …
-
17-04-2026, 23:16
Mossad İranda nə etməyi planlaşdırır: Gizli əməliyyatları genişləndirmək və...
-
17-04-2026, 22:27
Bakıda mühüm yenilik: Əliyev məsələ qaldırmışdı, ölkənin rolu dəyişdi
-
17-04-2026, 22:12
Gigiyena və Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü