Qarabağda separatçı rejimin qanunsuz qurumlarının adları rusca da yazılır...-FOTOLAR


"Görünür, bu, Qarabağın işğalında böyük xidmətləri olmuş Rusiya dövlətinə yarınmaq jestidir..."



Son günlər Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin Rusiya ilə əlaqələri daha da intensivləşdirmək və genişləndirmək planları  barədə informasiyalar yayılmaqdadır. Söhbət Qarabağın ruslaşdırılmasından gedir...

Moderator.az-ın apardığı araşdırma isə göstərir ki, həmin siyasət demək olar, Qarabağ işğal olunandan bəri aparılır. Bunu, ən azı, qondarma kriminal rejimin qanunsuz qurumlarının adlarının erməni dili ilə yanaşı, rus dilində də yazılmasıdır. Adətən adlar birinci cərgədə ermənicə, ikincidə rusca, üçüncüdə isə ingiliscə yazılır. Ancaq bir çox binalarda isə yalnız erməni və rus dillərində qeyd olunur. 

Məsələn, başlığın altındakı- birinci fotoda gördüyünüz separatçı qurumun qanunsuz “fövqəladə hallar  xidməti”nə məxsusdur. Göründüyü kimi, onun adı binanın solunda ermənicə, sağında isə rus dilində yazılıb(ГСЧС -государственная служба чрезвычайных ситуаций). 

Bundan sonrakı 2-ci foto rejimin “müdafiə nazirliyi”nin içərisində çəkilib. Bu  fotoda ön planda görünən 2015-2018-ci illərdə “nazir” olmuş Levon Mnatsakanyandır. Yəni foto azı iki il öncə çəkilib. Digər 3-cü və 4-cü fotolardakı isə qanunsuz “xarici işlər” və “gənclər və mədəniyyət” qurumlarının binalarıdır...
Bundan əlavə, ötən illərdə də yazdığımız kimi, işğal altındakı Xankəndi, Şuşa, Ağdərə və s. məkanlarımızdakı bir sıra dükan, kafe və s. adları da ermənicə yanaşı rusca da yazılır...

P.S. Görünür, bu, Qarabağın işğalında və 30 ilə yaxın ermənilərin həmin Azərbaycan torpaqlarında sülənməkdə davam etməsində böyük xidmətləri olmuş Rusiya dövlətinə yarınmaq jestidir...     

Sultan Laçın
Tarix: 4-09-2020, 09:25
Xəbəri paylaş



Xəbər lenti