Ramiz Həsənov yalançı nazir müavinidir, yoxsa sabiq naziri “rasxod”a verir? - İLGİNC

Ötən gün mətbu orqanlarda Xarici İşlər nazirinin iki müavininin - Ramiz Həsənov və Nadir Hüseynovun DTX-ya çağırıldıqları və uzun sürən sorğu-suallardan sonra evə buraxıldıqları bildirilmişdi. Müavinlərin biri Nadir Hüseynov susmağa üstünlük versə də, digəri - Ramiz Həsənov faktı danmış və istintaqı aparılan şöbələri kurasiya etmədiyini vurğulamışdı.
Bəs, görəsən, Ramiz Həsənov doğrumu deyirdi?
Nazir müavinin istintaqa çağırılıb-çağırılmadığı müəmması yəqin ki, yaxın günlərdə DTX-nın yayacağı məlumatlarda öz təsdiqini, yaxud təkzibini tapacaq. Biz isə hələlik onun cavabının ikinci hissəsini aydınlaşdıra bilərik. Doğrudanmı DTX-nın istintaq apardığı şöbə və idarələr onun kurasiyasında deyilmi? İstərsəniz gəlin, Ramiz Həsənovun Nazirlikdə hansı şöbələri kurasiya etdiyini XİN-in rəsmi saytından aydınlaşdıraq. XİN-in rəsmi saytının Strukturlar bölməsində Ramiz Həsənovun kurasiya etdiyi sahələr bu cür sıralanır:

İkinci Avropa idarəsi
Amerika idarəsi
Asiya idarəsi
Yaxın Şərq və Afrika idarəsi
Nazirliyin inspeksiyası
YUNESKO üzrə Milli Komissiyanın Daimi Katibliyi
Ümumi Katiblik
Xüsusi şobə
İşlər idarəsi
Qısası, bu adamın səlahiyyəti az qala dilbilməz nazirin səlahiyyətləri qədər imiş. Adam nazirlikdə demək olar ki, A-dan Z-yə bütün şöbələrə rəhbərlik edirmiş. İndisə gəlin, görək, hazırda DTX-da istitaq altında olan XİN yetkililərinin bir zamanlar rəhbərlik etdikləri şöbələr və idarələr necə, onun nəzarəti altında sıralanan struktur vahidlərinə daxil idilərmi?
Heç uzağa getməyək, DTX-nın dünən yaydığı məlumata nəzər salaq. Məlumatda istintaq altında olan iki nəfərin adı çəkilir: Nazirliyin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov. Faiq Bağırovun şöbəsi nazirin digər müavini Nadir Hüseynovun kurasiyasındadır və DTX-ya çağırılıb sorğu-suala tutulduğunu bu adam hələ ki, təkzib etmir.
İstintaqı aparılan Fərhad Molla-zadənin rəhbərlik etdiyi İşlər İdarəsi yuxarıdakı şəkildən də göründüyü kimi, birbaşa Ramiz Həsənovun kurasiyasına aiddir. Buna baxmayaraq, Ramiz Həsənovun bu faktı danması iki ehtimaldan xəbər verir: ya o, yalan danışır, ya da hansı idarə və şöbələrə rəhbərlik etdiyindən xəbəri yox imiş. Xəbəri yoxdursa, deməli, dilbilməz kimi tanıdığımız sabiq nazir bu işə şəxsən özü nəzarət edirmiş, əməlini isə dünyadan xəbərsiz binəva Ramiz Həsənovun adına yazırmış. Yox, əgər xəbəri var, goz görə-görə yalan danışırsa, onda biz Ramiz müəllimin digər təkzibinə, yəni DTX-ya çağırıldığını yalanlamasına nə dərəcədə inanmaq olar?
Zənnimizcə, Ramiz Həsənovun bu təkzibinin bir başqa səbəbi var. Görünür, o, DTX-da istintaq zamanı da məsuliyyəti boynundan atıb və nəzarətində olan şöbə və idarələrdə baş alıb gedən qanunsuzluqların onun başı üstündən edildiyini bildirib. Başqa sözlə desək, öz nazirini satıb.

Amma mümkündür ki, yalançı (sözün bütün mənalarında - ya səlahiyyət, ya ritorika, ya da hər ikisi baxımından) nazir müavini həqiqətən də öz səlahiyyətlərindən bixəbər olsun. Çünki onun bu nazirlikdə işləməsinin tarixi uzun deyil. İndiki vəzifəsində “bismillah” etməsinin üzərindən cəmi 2 il keçib. Bu zamana qədər isə bu adam cəmi bir il diplomatik korpusda işləyib. 2004-2005-ci illər arasında Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri olub. Bundan əvvəl isə Azərbaycan Respublikası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olan Ramiz Həsənov qısamüddətli Gürcüstan səfarətindən sonra yenidən öz peşəsinə qayıdır. 2005-2008 - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru, 2008-2018 - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışır. 2018-ci ildə birdən-birə yenidən diplomatlaşan Ramiz Həsənovun bəxti yenə də bu sahədə gətirmir. Baxmayaraq ki, son 2 il ərzində XİN-in mürgülü rəhbərinin ən çox şöbələrə baxan sağ əlinə çevrilir, amma bir gün gözünü açanda XİN-in qapısında qara maskalıları görür.
Özü də onun kurasiya etdiyi şöbələrdən ən birinin barəsində irəli sürülən iddialar kifayət qədər ciddidir - vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə və rüşvət alma faktları. Adamın isə dediyinə görə, nə bunlardan, nə vəzifə səlahiyyətlərindən xəbəri varmış. Bir sözlə Ramiz Həsənov da yatağanlıqda öz rəhbərindən geri qalmırmış.
Ramiz Həsənovun dünən rəsmi saytlara təkzibindən belə çıxır ki, Elmar Məmmədyarov və ya nazirliyin əsl sahibləri bu adamı yuxuya verib dövlət əmlakını dağıdıblarmış. Elmar Məmmədyarovu istisna etsək, növbəti sual ortaya çıxır: Bəs görəsən nazirliyin əsl sahibləri kimlərdir? Ümidvarıq ki, DTX-nın apardığı istintaq nəticəsində bu suala da aydınlıq gətiriləcək.
Ovqat.com
Tarix: 14-08-2020, 15:23
-
Bu gün, 18:02
Cəlilabadda Rəsm Qalereyasının tikintisi yarımçıq qalıb - Pul necə yoxa çıxıb?
-
Bu gün, 17:43
Sumqayıtda qanunsuz tikinti evlərə ziyan vurdu - "Fərəcov da bizə kömək etmir..." - VİDEO
-
Bu gün, 17:40
"Dizə kimi palçığın içində evə gedirik" - Problem niyə həll olunmur? - VİDEO
-
Bu gün, 12:36
Şirvan "103"də Nələr Baş Verir? – Rəhbər Özbaşınalığı Və Təhlükədə Qalan Həyatlar!
-
Bu gün, 12:34
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
-
Bu gün, 12:32
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
-
Bu gün, 12:31
Kamaləddin Qafarovun şirkətləri 4 ayda 16 milyonluq tender qazanıb?
-
Bu gün, 12:31
TƏBİB-də “Laboratoriya mafiyası” – ARAŞDIRMA
-
Bu gün, 12:29
Əsas məqsəd dəyişmir - "Azərlotereya"qazansın, vətəndaş isə ağılı varsa oynamasın...
-
Bu gün, 12:28
Mehriban xanım, Milli Onkologiya Mərkəzini rüşvət xərçəngindən XİLAS edin! -MÜRACİƏT
-
Bu gün, 12:28
"Öz qızına yiyə dura bilmədi, mənim oğlumu öldürdü" - 13 il əvvəl öldürülən Vüsal Şilderin anası DANIŞDI
-
Bu gün, 12:28
İbrahimovun başında durduğu xidmət... - Barəsində şikayətlər durmadan artır...
-
Bu gün, 12:27
Zakir İbrahimovun oğlunun mediadakı arxivi: "Qızıl Oğlan", Şübhəli Tenderlər və "PP" Seriyalı Lüks Həyat
-
Bu gün, 11:01
Hörmüz boğazı yenidən bağlanıb
-
Bu gün, 10:58
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
-
Bu gün, 10:54
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
-
Dünən, 22:28
Qarabağ adı altında qanunsuz toplanan milyonlar- “Azərişıq” sənədsiz fərdi evləri, obyektləri necə və neçə minə sayğaclaşdırır!
-
Dünən, 22:21
Tanınmış vəkildən qalmaqallı iddia: Əli Əsədov xəbərindən sonra məmurlar falçı qapısında milyonlar xərcləyir!
-
Dünən, 21:46
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
-
Dünən, 21:43
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
-
Dünən, 21:42
Deməli, bu məmurlar ölkə iqtisadiyyatını inkişaf etdirmək əvəzinə öz şəxsi iqtisadiyyatlarını çiçəkləndirirlər
-
Dünən, 21:40
“Salyan Aqro Park”ı fermerlərin ödənişini vermir.. Yalçın Camalov subsidiya vermədiyi əsas gətirilir …. VİDEO
-
Dünən, 09:45
Abdin Fərzəliyevlə Hacı Məhərrəm “My Beach” restoranının ərazisini genişlədirir - VİDEO
-
Dünən, 09:39
Deputat Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma
-
17-04-2026, 23:17
Peşə Təhsili Agentliyində kadr xaosu - Boş ştatlar, bölüşdürülən maaşlar …
-
17-04-2026, 23:16
Mossad İranda nə etməyi planlaşdırır: Gizli əməliyyatları genişləndirmək və...
-
17-04-2026, 22:27
Bakıda mühüm yenilik: Əliyev məsələ qaldırmışdı, ölkənin rolu dəyişdi
-
17-04-2026, 22:12
Gigiyena və Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü
-
17-04-2026, 22:07
Əli Əsədovun biznes və tikinti imperiyası...-FOTO/ VİDEO
-
17-04-2026, 22:06
AAYDA-nın İdarə rəisi niyə təşviş içindədir? - Nazim Eynallı dövlətə xidməti reklama çevirib