TƏBİB-lə nazirlik arasında nə baş verir? - İDDİA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bir neçə baş həkimi, xəstəxanaların şöbə müdirlərini işdən çıxarıb.
İyulun 14-də Bakının ən böyük xəstəxanası hesab edilən 1 saylı Tibbi Klinik Mərkəzin ("Semaşko) direktoru Ədalət Dadaşov işdən kənarlaşdırılıb. Dadaşovdan sonra baş həkimin müalicə işləri üzrə müavini Məhəbbət İbrahimova işdən çıxıb.
İyulun 23-də isə xəstəxananın ginokologiya şöbəsinin müdiri Natəvan Nəbiyeva da yola salınıb və digər şöbələrin müdirlərinə bu həftənin sonunadək öz xahişi ilə işdən çıxmaları üçün xəbərdarlıq edilib. Xəstəxanaya ixtisasca ginekoloq olan İlqar Qafarov direktor təyin olunub.
Bu barədə Meydan TV-yə TƏBİB-dəki mənbə məlumat verib. Onun sözlərinə görə, işdən çıxarılmalara səbəb həmin şəxslərin Səhiyyə Nazirliyinin kadrları olmasıdır: "Bizim qurumla nazirlik arasında çəkişmə var. Ona görə də kim nazirliyə yaxındırsa, yola salınır”.
İşdən çıxarılanlardan biri Meydan TV-yə etiraf edib ki, onlara seçim imkanı verilməyib.
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı ilə görüşə bilməyiblər. Onlara bildirilib ki, Ramin Bayramlının hansısa şöbə müdirinin işi ilə bağlı şikayəti dinləməyə vaxtı yoxdur: "Xəstəxanadakı tibb işçilərinin az qala yarısı COVİD19-a yoluxub. Dadaşov işdən çıxmadan bir gün əvvəl bir qrup həkim iş şəraiti ilə bağlı narazılığını bildirmişdi. Tez-tez rəhbər dəyişməsi bu xəstəxananın taleyinə yazılıb. Amma təəssüf ki, xəstəxananın nüfuzu hər keçən gün bir az daha aşağı düşür. TƏBİB-in idarəçiliyi sübut edir ki, həkimlər yağışdan çıxıb, yağmura düşüblər. TƏBİB sosial şəbəkələrdə xəstəxana ilə bağlı yazılanlardan nəticə çıxarmalıdır”.
Respublika Perinatal Mərkəzin baş həkimi, ölkənin baş ginekoloqu Sevinc Məmmədova da işdən kənarlaşdırılıb. Adının açıqlanmasını istəməyən başqa bir mənbə isə deyir ki, baş həkim Səhiyyə naziri Oqtay Şirəliyevin kadrı olduğundan ərizə yazıb işdən çıxmağa məcbur edilib.
"Sevinc Məmmədovanın işdən getməsi bizim üçün gözlənilməz oldu. Dedilər ki, TƏBİB-ə çağırıblar, deyiblər ki, sadəcə onunla işləmək istəmirlər, ərizəsini yazsın. Sevinc xanım işdən çıxarılandan sonra hamımıza tapşırdılar ki, nə edirsinizsə edin, ancaq bu aralar mərkəzlə bağlı mətbuatda şikayətlər yazılmasın. Təkcə burada deyil, bütün xəstəxanalarda elə şərait yaradılıb ki, işimizi itirməmək üçün şiakyət edə bilmirik. Bir yandan ağır xəstələr, digər yandan pandemiya, biz isə çalışırıq ki, mətbuatda adımız hallanmasın”, - reanimasiya şöbəsində çalışan mənbə deyib.
B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva da işini itirib. Belə ki, Prezident İlham Əliyevin fərmanı ilə Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi yaradılıb. Yeni mərkəzə Ramin Bayramlının yaxın dostu olduğu deyilən, Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov təyin edilib. İnstitutun bir neçə həkimi isə ixtisara düşüb.
Bir müddət əvvəl saytlarda Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevin də tutduğu vəzifədən azad edildiyi, yerinə 9 saylı köməkçi stansiyanın baş həkimi Cavanşir Fərəcovun təyin olunduğu yazılmışdı. Məlum olmuşdu ki, TƏBİB nazirliyin daha bir kadrına işdən çıxması üçün ərizə yazmasını tapşırsa da, pandemiya dövründə təcili tibbi yardım xidmətinin TƏBİB-dən alınaraq Səhiyyə Nazirliyinin səlahiyyətinə verlməsi səbəbindən təyinat təxirə salınıb. Virusa yoluxan xəstələrin xəstəxanaya yerləşdirilməsi ilə bağlı yaranmış problemlərə görə tərəflərin biri-birini ittiham etməsi də qurumlar arasındakı problemdən xəbər verir.
Nağıyev koronavirusa yoluxmuş Nuriyyə Şıxəliyevanın təcili tibbi yardım tərəfindən Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına aparılaraq qapıda 40 dəqiqə gözlədilməsi və vəziyyəti daha da ağırlaşandan sonra "Semaşko”ya yönləndirilməsi ilə bağlı şikayətə aydınlıq gətirərkən etiraf edib ki, təcili tibbi yardım avtomobilləri ilə xəstəxanalara aparılan koronavirus xəstələrinin yerləşdirilməsində problemlər mövcuddur. R.Nağıyevin sözlərinə görə, bu, təcili tibbi yardımın qüsuru deyil və onlar bu problemlə ilk dəfə qarşılaşmırlar. Dəfələrlə olub ki, təcili tibbi yardım çağırışa gedib və xəstəni əvvəlcədən verilən siyahı üzrə xəstəxanaya çatdırıb. Xəstəxanadan isə ya boş yerin olmadığı, ya siyahıda xəstənin adının gəlmədiyi bildirilib.Təcili Tibbi Yardımın üzərinə düşən vəzifə xəstəni qısa müddətdə xəstəxanaya yerləşdirməkdir: "Pandemiya dövründə həkimlərin çağırışa xüsusi geyimdə getdiklərini bilirsiniz. Heç bir həkim xəstəni ağır vəziyyətdə xəstəxana-xəstəxana gəzdirmək istəməz. Bu, nə xəstə üçün, nə də o geyimdə həkimlər üçün xoş deyil. İsti hava şəraitində həkimlərimizin o havasız geyimlərin içərisində nə qədər çətinlik çəkdiklərini bilirsiniz. Nəzərə alsaq ki, məlumatlar səhv göndərilib, çarpayılar sayılarkən hər hansı diqqətsizlik olub, yenə də xəstəxananın belə davranış sərgiləməsi doğru deyildir. Ən azından xəstəxana xəstəni qəbul şöbəsinə almalıdır. Xəstənin müşahidə vərəqəsində qeyd olunmalıdır ki, hazırda xəstəxanada yer olmadığı üçün o, başqa tibb müəssisəsinə göndərilir”.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən açıqlamada vurğulanıb ki, təcili tibbi yardım özbaşına hansısa xəstəxanaya xəstəni aparıb gözlədə bilməz.Baş həkim deyib ki, təcili tibbi yardım həkimləri rastlaşdıqları problemlə bağlı video görüntülər də çəkirlər ki, vəziyyəti izah edə bilsinlər.
O da məlum olub ki, daha 4 xəstəxananın baş həkimi işdən çıxarılacaqlarına dair xəbərdarlıq alıb.
Məsələ ilə bağlı TƏBİB-dən danışmaq istəməyiblər. Meydan TV-nin quruma ünvanladığı suallar cavabsız qalıb.
Tarix: 27-07-2020, 07:18
-
Bu gün, 12:36
Şirvan "103"də Nələr Baş Verir? – Rəhbər Özbaşınalığı Və Təhlükədə Qalan Həyatlar!
-
Bu gün, 12:34
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
-
Bu gün, 12:32
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
-
Bu gün, 12:31
Kamaləddin Qafarovun şirkətləri 4 ayda 16 milyonluq tender qazanıb?
-
Bu gün, 12:31
TƏBİB-də “Laboratoriya mafiyası” – ARAŞDIRMA
-
Bu gün, 12:29
Əsas məqsəd dəyişmir - "Azərlotereya"qazansın, vətəndaş isə ağılı varsa oynamasın...
-
Bu gün, 12:28
Mehriban xanım, Milli Onkologiya Mərkəzini rüşvət xərçəngindən XİLAS edin! -MÜRACİƏT
-
Bu gün, 12:28
"Öz qızına yiyə dura bilmədi, mənim oğlumu öldürdü" - 13 il əvvəl öldürülən Vüsal Şilderin anası DANIŞDI
-
Bu gün, 12:28
İbrahimovun başında durduğu xidmət... - Barəsində şikayətlər durmadan artır...
-
Bu gün, 12:27
Zakir İbrahimovun oğlunun mediadakı arxivi: "Qızıl Oğlan", Şübhəli Tenderlər və "PP" Seriyalı Lüks Həyat
-
Bu gün, 11:01
Hörmüz boğazı yenidən bağlanıb
-
Bu gün, 10:58
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
-
Bu gün, 10:54
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
-
Dünən, 22:28
Qarabağ adı altında qanunsuz toplanan milyonlar- “Azərişıq” sənədsiz fərdi evləri, obyektləri necə və neçə minə sayğaclaşdırır!
-
Dünən, 22:21
Tanınmış vəkildən qalmaqallı iddia: Əli Əsədov xəbərindən sonra məmurlar falçı qapısında milyonlar xərcləyir!
-
Dünən, 21:46
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
-
Dünən, 21:43
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
-
Dünən, 21:42
Deməli, bu məmurlar ölkə iqtisadiyyatını inkişaf etdirmək əvəzinə öz şəxsi iqtisadiyyatlarını çiçəkləndirirlər
-
Dünən, 21:40
“Salyan Aqro Park”ı fermerlərin ödənişini vermir.. Yalçın Camalov subsidiya vermədiyi əsas gətirilir …. VİDEO
-
Dünən, 09:45
Abdin Fərzəliyevlə Hacı Məhərrəm “My Beach” restoranının ərazisini genişlədirir - VİDEO
-
Dünən, 09:39
Deputat Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma
-
17-04-2026, 23:17
Peşə Təhsili Agentliyində kadr xaosu - Boş ştatlar, bölüşdürülən maaşlar …
-
17-04-2026, 23:16
Mossad İranda nə etməyi planlaşdırır: Gizli əməliyyatları genişləndirmək və...
-
17-04-2026, 22:27
Bakıda mühüm yenilik: Əliyev məsələ qaldırmışdı, ölkənin rolu dəyişdi
-
17-04-2026, 22:12
Gigiyena və Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü
-
17-04-2026, 22:07
Əli Əsədovun biznes və tikinti imperiyası...-FOTO/ VİDEO
-
17-04-2026, 22:06
AAYDA-nın İdarə rəisi niyə təşviş içindədir? - Nazim Eynallı dövlətə xidməti reklama çevirib
-
17-04-2026, 15:44
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
-
17-04-2026, 11:34
"DİM dövlətin qurumudur, kiminsə şəxsi müəssisəsi deyil" - İlqar Orucovdan sərt REAKSİYA
-
17-04-2026, 11:24
13 milyonluq mənfəət, yoxsa 251 milyonluq likvidlik kəsiri? – "AccessBank"-da nə baş verir?