
Ermənistanın hücumu nəticəsində baş verən Tovuz döyüşləri regionda yeni bir reallıq doğurub. Münaqişənin işğal olunmuş Dağlıq Qarabağ torpaqlarından kənarda yaşanması, bölgədəki digər aktyorların da qayğısına səbəb olub. Döyüşlər başlayandan sonra açıqlamaları ilə Azərbaycanı məyus edən gürcü rəhbərliyi indi nə qədər səhv etdiyinin fərqinə varib.
İndi onların əsas sualı budur: Müharibə Gürcüstana hansı risklər vəd edir?1. Müharibə Gürcüstandan cəmi bir neçə kilometrliyində baş verir.
2. Hər iki xalqın Gürcüstanda böyük icmaları var (Borçalı və Cavaxetiya).
3. Qarşıdurmalar Gürcüstana da keçdi.
4. Gürcüstana qaçqın axını baş verə bilər.
5. Gürcüstan - Azərbaycan münasibətləri artıq bir neçə dəfə böhran vəziyyətinə keçib.
6. Bölgənin iqtisadi aktivliyinin zərbə altına düşməsi ötürücü ölkə kimi Gürcüstana daha çox maddi zərər vurub.
Əlbəttə, bu risklər təkcə Dimitri Avalianinin dedikləri ilə bitmir. Serbiyadan alınan silahları Azərbaycan əsgərinə tuslamaq üçün yol verən Gürcüstana bununla bağlı qapalı masa ətrafında hansı dərslər verildiyini də bilmək çox maraqlıdı.
Bir də İranla bağlı analiz də maraqlı olar.
Türkiyə isə ilk dəfə idi ki, belə sərt ritorika qoymaqla regiona silahı ilə girdiyini elan etdi.
Əziz Əlibəyli
Tarix: 26-07-2020, 21:39