Vahid Əhmədov: “Ermənistan bir həftə belə müharibə aparmaq gücündə deyil”




Ermənistan 12 iyul tarixindən başlayan təxribatları yalnız ölkəmizdə deyil, Azərbaycandan kənarda da ciddi təpgiyə səbəb olub. Iqtisadi baxımdan acınacaqlı vəziyyətdə olan, sərhədlərin təhlükəsizliyini təkbaşına təmin edə bilməyən Ermənistanın müharibəyə cəhd etməsi, hərbi əməliyyatlara start verməsi İrəvanın bu gün də avantüralardan əl çəkmədiyini göstərir.
 
Millət vəkili Vahid Əhmədov Ermənistanın öz imkanları hesabına hətta bir həftə belə müharibə aparmaq gücündə olmadığını vurğuladı: “Ermənistanın iqtisadi durumu çox bərbaddır. Bu təxribatlarda Rusiyanın da müəyyəmn iştirakı var. Məqsəd isə neft-qaz kəmərlərinə nəzarəti təmin etməkdir. Ancaq  hesab edirəm ki, bunlar müvəqqəti hallardır. Bütün dünya, hətta ABŞ da Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Bütün dünya anlayır ki, Qarabağ problemi öz həllini tapmalıdır. Azərbaycan öz  sözünü deməli, müəyyən qərarları qəbul etməlidir. Heç nədən çəkinməməlidir. Azərbaycanın daxilində olan 5-ci kalon, təxribatçı qüvvələrlə birdəfəlik qurtarmaq lazımdır. DTX bu sahədə çox böyük işlər görür və bu işlər davam etdirilməlidir. Ermənistan öz qüvvələri hesabına Azərbaycanla bir həftə belə müharibə apara bilməz. Buna onun nə hərbi gücü, nə texniki təminatı, nə də iqtisadi potensialı çatmır. Ermənistan müharibə aparmağa qadir dövlət deyil. Cənab prezident də bildirdi ki, Ermənistan gəlsin, təkbətək vuruşaq. Bir sözlə, Ermənistanın təkbaşına müharibə aparmaq gücü yoxdur və bu, hər kəsə məlum olan həqiqətdir”.Moderator
 
Tarix: 25-07-2020, 09:02
Xəbəri paylaş



Xəbər lenti