Evlərinin yaxınlığında yanacaqdoldurma məntəqəsi tikilir - VİDEO



Evlərin yaxınlığında yanacaqdoldurma məntəqəsi və TIR parkı tikilir.

 

Qazax rayonunun İkinci Şıxlı kənd sakinləri deyirlər ki, yaşayış evlərinin arasında bu cür obyektlərin fəaliyyət göstərməsi təhlükəlidir.

 

 Kənd sakinləri dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini deyirlər.

 

Məsələ ilə bağlı Qazax Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən ərazi 43 sot olmaqla, Qazax şəhər sakini Əliyeva Tərlan Ədil qızına məxsusdur. Ərazinin bütün aidiyyəti strukturlardan tikinti üçün icazə sənədləri mövcuddur. Ərazidə birmərtəbəli ofis binasının tikintisinin layihəyə uyğun şəkildə aparıldığı, TIR parkının və yanacaqdoldurma məntəqəsinin isə tikilmədiyi bildirildi. Müəyyən edilib ki, ərazidə tikinti layihəsindən kənar olaraq, mövcud metal profillərdən ibarət dəmir konstruksiyada qaynaq işləri aparılıb.

 

Həmin işlər dayandırılıb, konstruksiya sökülərək ərazidən götürülüb. Sahibkara qanunamüvafiq izahat verilərək, müvafiq sənədləşmə və razılaşdırma işləri həyata keçirilmədən sözügedən ərazidə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasının yolverilməz olduğu nəzərinə çatdırılıb.

 



Tarix: Bu gün, 09:29
Xəbəri paylaş



Xəbər lenti