“Xalq Sığorta” şikayətlər üzrə yenə liderdir

Azərbaycanda avto-icbari sığorta üzrə ən yüksək şikayət indeksi “Xalq Sığorta” ASC-də qeydə alınıb. 

“Yeni Sabah” Plat.az-a istinadla xəbər verir ki, 1 sentyabr 2025-ci il - 31 avqust 2026-cı il tarixlərində 1,70 indekslə Azərbaycan ən çox şikayət edilən sığorta şirkəti növbəti dəfə “Xalq Sığorta” olub.  

 Sonrakı yerlərdə, yəni qırmızı zonada 1,29 indekslə “Meqa Sığorta”, 1,04 indekslə sari zonada “Paşa Sığorta” qərarlaşıb.  Marqarita pizza

 Digər üç sığorta şirkətləri üzrə şikayətlər isə daha az olub və yaşıl zolaqda qərarlaşıblar. Bunlar 0,95 indekslə “Atəşgah Sığorta”, 0,73 indekslə “Qala Sığorta” və 0,72 indekslə “Azərbaycan Sənaye Sığorta”dır. 

Mərkəzi Bank qeyd edir ki, şikayət indeksi sığorta şirkətlərinin maliyyə dayanıqlılığı və ya fəaliyyətinin davamlılığı ilə bağlı təhlükə göstəricisi deyil. İndeks vətəndaşların avto-icbari sığorta xidmətini seçərkən məlumatlandırılması məqsədilə beynəlxalq metodologiya əsasında hesablanır.

Tarix: Bu gün, 19:00
Xəbəri paylaş



Xəbər lenti