Tribuna.az xəbər verir ki, Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində 2 nəfərin ölümü ilə nəticələnən hadisə baş verib.Məlumata görə, əyləncə qurğusunun trosunun ev qırılması nəticəsində ölən Ucal Bayramov DOST Agentliyinin əməkdaşıdır.
Qeyd edək ki, hadisə nəticəsində Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov və 27 yaşlı Bayramov Ucal Asif oğlu hadisə yerində ölüblər.
Sözügedən istirahət mərkəzi Masazır qəsəbəsindəki məşhur “Qurtuluş-93” yaşayış kompleksinin və Novxanıdakı “My Beach” istirahət mərkəzinin sahibi Məhərrəm Novruzova məxsusdur.
Xatırladaq ki, daha əvvəl onun ailəsi qəzalarla gündəmə gəlib.
Belə ki, 90-HN-009 dövlət nişanlı ““Mercedes Galandewagen” markalı avtomobili idarə edən Hüseynova Gülnar Əsəd qızı o zaman sükana nəzarəti itirib. Avtomobil Masazırdakı duz gölünün yanında “Nissan”a, daha sonra “Mercedes” və “VAZ 2106” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza zamanı üç nəfər xəsarət alıb. Gülnar Hüseynova “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşıdır.
Bundan əvvəl isə Novxanı qəsəbəsində dörd nəfərin ölümünə səbəb olan qəza baş vermişdi. Belə ki, Hacı Məhərrəmin kürəkəni Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” (dövlət nömrəsi 10 CO 002) yüksək sürətlə “Daewoo Damas”a çırpılmışdı. Avtomobildə olan Murad Ziyadov, Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov yerindəcə ölmüşdü. Daxili İşlər Nazirliyindən Elşad Kəlbəliyevin sərxoş vəziyyətdə olduğu bildirilmişdi.
Yada salaq ki, iş adamının və şirkətinin adı digər müxtəlif qanunsuz hallarda da hallanıb.