
ÇXR Sədri Si Tszinpin Nyu-Delidə keçiriləcək BRICS sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ayrıca ikitərəfli görüş keçirməyəcək.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov məlumat verib. Kremlin rəsmisi bildirib ki, Nyu-Delidəki sammit çərçivəsində Putin və Si Cinpin arasında təkbətək ikitərəfli rəsmi təmas planlaşdırılmır. Bununla belə, Uşakov liderlərin kulislərdə qısamüddətli ayaqüstü söhbət edə biləcəklərini ehtimal edib.
Liderlər arasında sonuncu görüş avqustun 31-də Bişkekdə ŞƏT Dövlət Başçıları Şurasının iclası zamanı baş tutmuşdu. Lakin həmin danışıqlar da Çinə ildə 50 milyard kubmetrə qədər qaz nəqlini nəzərdə tutan "Sibirin gücü-2" layihəsi üzrə hər hansı irəliləyiş gətirməmişdi. Mənbələrin bildirdiyinə görə, tərəflər qazın satılma qiyməti ilə bağlı razılığa gələ bilməyiblər.
Pekin qazın hər min kubmetri üçün Rusiya daxili bazarındakı kimi təxminən 50 dollar və ya rusiyalı sənaye istehlakçıları üçün müəyyən edilmiş 120-130 dollar civarında ödəniş etmək niyyətindədir.