BŞTİ-də MÜVƏQQƏTİ,,ANARXİYA''ya görə üzür istəyirik


BŞTİ-nin “müvəqqəti rəhbəri” Nərminə xanımın  məhkəmənin hökmü ilə 20.670 manat cərmələndi
Azərbaycanda daimi olan bir şey var-müvəqqəti çətinlik ! Hara baxırsan müvəqqəti çətinliyə görə üzr istəyirlər. Di gəl ki, ömür bitir, bu müvəqqəti çətinlik bitmir ki bitmir. Elə paytaxtın təhsil sisteminə cavabdeh olan BŞTİ- də də hal hazırda müvəqqəti çətinlik hökm sürür. İdarənin rəhbəri müvəqqəti icra edici olduğu üçün əməkdaşları da bu fani dünyaya müvəqqəti qonaq kimi baxırlar. Az qala idarənin qabağına “Bakı Şəhər  Müvəqqəti Təhsil İdarəsi”,  müdirin kabinetinin qapısına isə “müvəqqəti müdir” yazsınlar. İş o yerə çatıb ki, İdarənin əməkdaşları nə işlə məşğul olduqlarını belə bilmirlər. Deyirlər nə səlahiyyətimiz var, nə hökmümüz. Bütün səlahiyyətlər Agentliyin o ,, Ədalət" carçısı olan Eşqinin əlindədir, onların kəsdiyi başa da sorğu-sual yoxdur. Bizlər elə kabinetlərdə oturub tik-toka baxmaqla, bəzim rəhbərliyə yaxın olan BLOĞERLƏRİN paylaşımlarını izləyib layk eləməklə günümüzü yubadırıq. 
Srağa gün etdiyimiz müraciətlərə heç bir cavab verilmədiyi üçün üz tutdum bu mötəbər idarəyə. Kaş ki, getməyəydim, heç o mənzərəni görməyəydim. Ürəyimin ən dərin guşələrində təhsil sisteminin gələcəyinə bəslədiyim cüzi inam hissini heç o idarədə dəfn etməyəydim. Bir dövlət idarəsinin qəbul otağından çox BAZAR MEYDANINI  xatırladan mənzərə ilk baxışdan idarənin iş prinsipini gözlər önündə sərgiləyir. Hamı danışır, heç kim dinləmir. Hamı narazıdır, heç kim maraqlanmır. Kabinetlər orta əsr feodal qəsrlərindən daha alınmazdır, bu qapıları açamaq üçün cəngavər olmaq belə yetərsizdir. Tutalım ki, qapını bacarıb açsan da kabinetdə heç kimi tapmayacaqsan. Çünki, bu kabinetlərin bir də ehtiyat arxa qapısı var. Amma bu qapılar yanğın təhlükəsizliyi üçün nəzərdə tutulmayıb-şikayətçilərdən qaçıb gizlənmək üçün açılıb. Beləcə BŞTİ-də qaçdı-tutdu oyunu gedir. 
Burada heç kim heç kimin şikayətini, müraciətini oxumur. Zatən cənab nazirimiz dedi ki, Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu anlamır. Deyəsən BŞTİ-də ümumiyyətlə heç kim oxuduğunu anlamır, ya da anlamaq istəmir. Çünki, özün dövlət idarəsi olasan, amma heç bir şikayətə gözünün ucuyla belə baxmayasan, adamın inanmağı gəlmir. İndi adamın müdiri müvəqqəti olanda məgər hər şeyə ötəri, müvəqqəti bir şey kimi baxar? Heç olmasa qəbul otağına yazın ki, “ müvəqqəti anarxiyaya göyə üzr istəyirik. Hörmətlə müvəqqəti rəhbərlik”.  Biz də ümidimizi müvəqqəti də olsa üzüb gözləyək. 
BŞTİ-nin “müvəqqəti rəhbəri” Nərminə xanımın bu günlərdə məhkəmənin hökmü ilə 20.670 manat cərimələnməsi, qanunsuz olaraq işdən çıxartdıqları direktor müavinin öz vəzifəsinə bərpa olunması barədə məhkəmə qərarının verilməsi bir daha göstərir ki, idarənin fəaliyyəti heç bir tələbə cavab vermir. Əgər bir dövlət idarəsi edilən müraciətlərə cavab vermirsə, hər hansı problemi həll etmək səlahiyyətində deyilsə ümumiyyətlə onun qalmasına hansı ehtiyac var. Əyər nəzərə alsaq ,demək olar ki ,eyni funksiyanı yerinə yetirən ,iki qurum yaxın məsafədə fəaliyyət göstərir , bu da xeyli maliyyə itkisidir. Elə bu baxımdan çox hörmətli nazirimiz Sahil Babayev cənabının bu mövzuya diqqət göstərmısi hesab edirəm ki,  məqsədə uyğundur. 
Hanasısa bir Agentliyin yedək qurumu kimi sürünən, əsassız qərarlar verən bir idarə paytaxtın təhsil sisteminə əlavə yükdür. Hesab edirəm ki, bu sahəyə cavabdeh olan şəxslər, xüsusilə HƏSƏN  HƏSƏNLİ  müəllim bu barədə düşünməlidir. Onun təhsil sistemində indiyə qədər atdığı addımlar müəyyən ümidlər yaratsa da nədənsə paytaxtın təhsil sahəsində baş verən neqativ hallara qarşı seyrçi mövqe sərgiləməsi müəyyən suallar doğurur. Əcəba “dağ Məhəmmədə sarı gəlmədi də Məhəmmədmi dağa sarı gəldi” şübhəsi adamı narahat edir. Medyada gedən bu qədər tənqidlər, şikayətlər Həsən müəllimi heçmi narahat etmir. HƏSƏN HƏSƏNLİ SUSUR. Bəlkə ancaq BLOGER yazılarını oxuduğu üçün ölkə gündəmindən tamamilə uzaq düşüb ?
Hər halda vəziyyət olduqca təhlükəlidir. Sanki qəsdən insanları dövlətdən narazı salmaq, vəziyyəti kritikləşdirmək istəyirlər. Onsuz da dövlətimizə qarşı min bir fitnə-fəsadın qurulduğu, təhlükəli ssenarilərin yazıldığı bir dönəmdə bütün bunlar kimlərin maraqlarına xidmət edir? Burada hamının maraqları qorunur-bircə dövlətdən başqa. 
Hər halda bütün bu “müvəqqəti çətinliklərə” görə sizlərdən üzr istəməyəcəklər, hesab istəyəcəklər. Özü də tezliklə...
NİCAT MAHMUDOV
Tarix: Bu gün, 15:46
Xəbəri paylaş



Xəbər lenti