İki şəhid məzarının olduğu qəbiristanlıq acınacaqlı haldadır


İki şəhid məzarının olduğu qəbiristanlıq acınacaqlı haldadır

Şəki rayon Aşağı Göynük kənd sakini, şəhid qardaşı Əbdürəhimov Sadıq Məmmədəli oğlu tərəfindən saytımızın elektron poçt ünvanına şikayət məktubu daxil olub. Məktubda bildirilir ki, iki şəhid məzarının olduğu Aşağı Göynük kəndinin qəbiristanlığı acınacaqlı vəziyyətdədir.

“Bura sanki “Balaxanı zibilliyi”ni xatırladır. Axı bu qəbiristanlıqda iki şəhidin məzarı da var. Aidiyyatı qurumlar heç olmasa ordan asılan üç rəngli bayrağa hörmət qoysunlar”.
Şikayətçinin sözlərinə görə, o, qəbiristanlığın bu vəziyyəti ilə bağlı icra nümayəndəsinin müavini Yusif Hümbətova müraciət edib və məlum olub ki, bu müraciətə baxan yoxdur.
“Çağırdım ki, bu nə vəziyyətdir? Ondan soruşdum ki, bu qəbiristanlığa baxması üçün neçə nəfər təsərrüfat işçisi ayrılıb? Bildirdi ki, 14 nəfər. Mən isə, həmin işçilərin adlarını soruşdum. Bu zaman Yusif Hümbətov nə həmin işçilərin adlarını bilmədi, nə də özlərini tanımadı. Çünki həmin adamların yalnız kağız üzərində adları var. Xahiş edirəm ki, aidiyyatı qurumlar bu məsələyə diqqətli yanaşsınlar”.
Məsələ ilə bağlı Şəki şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz alındı.
Tarix: 8-12-2021, 22:14
Xəbəri paylaş



Xəbər lenti