Xaçmazda "fermer kartı" - hiyləli burulğan



Xaçmazda "fermer kartı" - hiyləli burulğan
Bir müddət əvvəl sizə təqdim etdiyimiz kiçik bir araşdırmada, canlı yayım vasitəsi ilə kənd təsərrüfatı malları istehsalçısı olan kiçik və orta fermer təsərrüfatı sahiblərinin gübrə və digər minerallar alarkən, qarşılaşdıqları fərqli qiymətlərdən söz açdıq.
Beləki, yerli fermer təsərrüfatı sakinləri bildirirdilər ki, onlar gübrə və digər mineralları satın alarkən, ödənişi nəğd pulla həyata keçirirlərsə qiymətlər ucuz, ödəniş “fermer kartı” vasitəsi ilə baş tutursa, qiymətlər olduqca baha hesablanır.
Məsələn, əgər bir fermer gübrə almaq istəsə, ödənişi nəğd pulla həyata keçirsə gübrənin bir kisəsi üçün 19 manat, əgər “fermer kartından” istifadə edərsə, onda 25 manat xərcləməli olur.
Bu faktın canlı yayım zamanı satış nöqtələrinin sahibləri tərəfindən təkzib olunduğunu gördünüz.
Sahibkarların hər biri bu informasiyanın doğru olmadığını, qiymətlərin fərq etmədiyini bildirirdi.
İndi isə, real vəziyyəti ortaya çıxarmaq üçün, yerli sakinlərin bizə təqdim etdiyi həvəskar çəkilişləri izləyək.
Məlumat üçün bildirək ki, fermer kartları Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin və Kapital Bankın dəstəyi ilə ortaya çıxmış bir layihədir. Hətta Kənd Təsərrüfatı Nazirliyi bildirirdi ki, bu kartlardan vəsait çıxarılan zaman, hər hansı bir xidmət haqqı tutulmayacaq.
Ortada olan mənzərə isə budur ki, bu kartlar nəinki yerli fermerlərin işini asanlaşdırıb, əksinə...
Çünki, kartla ödəniş edən fermer ehtiyacı olan gübrəni və ya mineralı baha qiymətə alır. Hətta gübrə satışı zamanı kartdan 19 manat pul xərcləsə belə, əvvəlcədən nəğd ödədiyi 8 manata görə, gübrəni 27 manata əldə etmiş olur.
Fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində yaratdıqları şəxsi kabinetə göndərilmiş bildirişdə isə subsidiyanın hesablanması, məbləğdən istifadə təlimatları yer alıb.
Təlimatda qeyd olunur ki, “Hesabınıza köçürülən əkin subsidiyası Sizə əkin altında olan kənd təsərrüfatı yerlərində həmin yerlərin təyinatına uyğun kənd təsərrüfatı istehsal vasitələrinin (gübrə, biohumus, ting, pestisid) alınmasına sərf olunan xərclərinin bir hissəsini kompensasiya etmək məqsədilə verilir. Məbləğ bitki becərilən sahənin hər hektarına görə 200 manat baza məbləği bitki əmsdalına vurulmaqla hesablanıb və Sizin elektron ərizəniz təsdiqlənib. Siz əkin subsidiyası məbləğinin 25 faizini nağdlaşdıraraq (bank terminalından çəkməklə) digər istehsal xərcləriniz üçün, 75 faizini isə istehsal vasitələri satan təchizatçılarının post-terminalları vasitəsilə gübrə, toxum, ting, pestisid almaq üçün istifadə edə bilərsiniz. Gübrə və biohumus alışı zamanı sizin alacağınız gübrə və biohumusun 30 faizini öz hesabınıza, 70 faizini isə əkin subsidiyası hesabına ödəyirsiniz”.
Reallıqda isə...
Beləliklə xalqın böyük bir hissəsinin növbəti maliyyə hiyləsinin qurbanı olduğu göz qabağındadır.
Kimdir günahkar?
Teref.az


Tarix: 22-10-2021, 17:57
Xəbəri paylaş



Xəbər lenti