“Uzun illərdir Şamaxı rayonunda, xüsusilə Quşçu kəndində tutduğu vəzifədən sui-istifadə edərək, özbaşınalıq edən Cəbrayılov Agamikayıl Oruc oğlu nəhayət ki, öz layiqli cəzasını aldı”.Hurriyyet.az xəbər verir ki, bu haqda Şamaxı sakinləri tərəfindən redaksiyaya məlumat verilib.
Bildirilir ki, 27 may 2021-ci il tarixdə Şamaxı rayon Məhkəməsinin qərarı ilə Agamikayıl Cəbrayılov barəsində 4 ay müddətində həbs-qəti imkan tədbiri seçilib.
Qeyd olunur ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4-cü maddəsi ilə ittiham olunub.
“Belə ki, torpaqların qanunsuz zəbtində günahlandırılan A.Cəbrayılov istintaqın gedişinə mane olmaqda günahkar hesab edilib. İstintaq müddətində üzə çıxarılan faktlar onun barəsində həbs-qəti imkan tədbiri seçilməsinə səbəb kimi göstərilmişdir”, – deyə bildirilir.
Tarix: 27-05-2021, 22:42