Zaqatala icra məmurları məhkəmə qərarı olmadan ikiuşaqlı ananı evdən çıxarıb küçəyə atıblar.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı görüntüləri vəkil Əhməd Nəbiyev sosial şəbəkələrdə paylaşaraq bunları yazıb: "Zaqatala şəhərində bu gün (red 22 aprel) İcra məmuru Elvin Əhmədov, məhkəmə qərarı olmadan, 2 azyaşlı uşağı olan Gülxar Zamanovanı evindən çıxarıb küçəyə atdı, evin əşyalarını isə özü ilə apardı. Zaqatalada icra məmuru istədiyini edir, xahiş edirəm tədbir görün. İkiuşaqlı qadın küçədə qalıb, icra məmuru məhkəmə sədrinə qulaq asmır".
Vəkil daha sonra qeyd edib ki, Ədliyyə nazirliyinə müraciət etsələr də cavab verən yoxdur: "22.04.2021-ci il tarixində Zaqatalada İcra məmuru Elvin Əhmədovun və polis kapitanı İlqar Xalıqovun məhkəmə qərarı olmadan 2 azyaşlı uşağı ilə ananın evindən küçəyə atılma anın bir hissəsinin video görüntüləri. Zaqatala Məhkəməsinin hakimlərinin bu hadisədən məlumatları olsa da, icra məmuruna sözlərini keçirə bilmirlər. Ədliyyə Nazirliyi isə 5 gündür telefonlara cavab vermir. Zaqatalada icra məmuru istədiyi qanunsuzlugu edir".
O icra məmurunun qansuzluq etdiyi ilə bağlı əlində məhkəmə qərarının olduğunu bildirib: "Hörmətli izləyicilər, paylaşdığım və yazdıqlarının tam əsası vardır. Videoda görünən polis uşaqların anasını zorla polisə aparır, barəsində polisə tabe olmama barədə protokol yazır, günü axşamadək polisdə saxlayır ki, icra məmuru evi rahatlıqla boşaltsın və məhkəməyə gedir, məhkəmə isə polisin yazdığı ptokola xitam verir ki, burda qadın haqlıdır, o evdən çıxarıla bilməz. Yazdıqlarımı təsdiq edən məhkəmə qərarları var".
Həmin görüntüləri təqdim edirik: