Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov SU SATIR? ... ŞİKAYƏT



Meliorasiy və Su Təsərrüfatı ASC-nin sədri cənab Zaur Mikayılova

Ucar rayonu Yuxarı Şilyan kənd sakinləri tərəfindən
ŞİKAYƏT
Hörmətli Zaur Mikayılov !
Bu şikayətimizdə yazıb Sizə bildiriirik ki, Ucar rayon icra hakimiyyəti başçısı Mənsur Məmmədovun qardaşı Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edib qanunsuzluqla, özbaşınalıqla məşğul olur ki, nəticədə də biz kənd sakinləri susuzluqdan əziyyət çəkirik, həyatımız məhv olur.
Yuxarı Şilyan kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.Başqa yerdən gəlirimiz və məşğuliyyətimiz yoxdur.Payızda əkdiyimiz əkini hələdə sulaya bilməmişik.Çünki Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov suyu pulla satır.Baxmayaraq ki, biz vaxtında su pulunu veririk.Ancaq Müşfiq Məmmədovun yaratdığı bazarın özəl qiymətlərini ödəməyə pulumuz olmadığı üçün su üzünə həsrət qalmışıq. Rayon ərazisində çəltik əkənlər hər hektar üçün Müşfiq Məmmədova 500 manat pul ödəyir deyə onlar daima su ilə təmin olunurlar.
Yuxarı Şilyan kəndində su cuvarı işləyən Dilşad Məmmədov günün bütün vaxtı sərxoş olur.Taxılın suvarılması üçün hər hektar üçün 15 manat pul ödəməlisən.Yuxarı Şilyan kəndində minlərlə hektar əkin altında torpaq sahəsi var.Bu minvalla Müşfiq Məmmədovun taladığı pullar küllü miqdardadır.Hələ götürəndə ki, Ucar rayon ərazisi üzrə əkilən torpaqlar daha çoxdur.
Yuxarı Şilyan kənd icra nümayəndəsi Sabir Hacıyev və Bələdiyyə sədri Vilayət Məmmədov isə kəndin bu problemləri ilə qətiyyən maraqlanmırlar.Zərurət var ki, onlarında fəaliyyəti də təftiş edilsin.
Ucar rayon İcra başçısı Mənsur Məmmədovun qardaşı olan Müşfiq Məmmədovun yaratdığı korrupsiya şəbəkəsinin cinayət əməlləri nəticsində əkinlərimiz tərg olur.Bu isə ailəmizin aclıqdan ölməsi deməkdir.
Biz kəndlilər sevindik ki, Meliorasiy və Su Təsərrüfatı ASC-yə Zaur Mikayılov sədr təyin edildi.İnanırıq ki, cavan kadr olan Zaur müəllim bizim bu şikayətimizi yerində araşdırılmasına göstəriş verəcək və Ucar Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun barəsində ciddi tədbir görəcək.
Mətbuat vasitəsi ilə hörmətli Zaur Mikayılovdan xahiş edirik bu şikayətimizi yerində bizim iştirakmızla araşdırlıb tədbir görülməsinə tapşırıq versin.
İmza; Ucar rayonu Yuxarı Şilyan kənd sakinləri
Əhmədov Behbud Abbas oğlu
Əhmədov Yaşar Bəhlul oğlu
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Neqativ.com 





Tarix: 21-04-2021, 12:01
Xəbəri paylaş



Xəbər lenti