Ağıstafanın gənc icra başçısı müdirə xanımına 350 minlik lüks avtomobil alıb. Pravda.az xəbər verir ki, sosial şəbəkələrdə belə bir iddia ortaya çıxıb.
İcra başçısı Seymur Orucov dəyəri 350 min manat olan 10 NK 200 dövlət nömrə nişanlı “GMC Yukon Denali” markalı avtomobili qardaşı Vasif Orucovun adına alaraq, həyat yoldaşı Çeşmə xanımın özəl gününə hədiyyə etdiyi bildirilir.
Beləki, yayılan məlumatda Maştağa qəsəbəsində bağça müdirəsi işləyən Çeşmə xanım yerli sakinlər ilə aralarında ciddi narazılıqların olduğu da deyilib. Qeyd edilib ki, Çeşmə xanım bağçada qiymətləri qaldırdığı üçün yerli sakinlərlə tərs düşüb. İcra başçısı həyat yoldaşının ona bağışladığı 350 minlik lüks avtomobillə işə gəlməsi qəsəbədə ciddi müzakirəlrə ə səbəb olub.
İcra başçısı və xanımı ilə bağlı yayılan məlumatlar, sosial şəbəkə istifadəçiləri tərəfindən də maraqla qarşılanıb və çox sayda komentlər eləcədə ciddi sualların yaranmasına səbəb olub.
Eyni zamanda, müzakirələrdə 35 yaşlı icra başçısının qısa zaman müddətində, dəyəri 350 min manat olan xarici avtomobili hansı pulla almasını, Elmlər Akademiyası metrosu ərazisində br neçə mənzilə, Novxanı ərazisində dəyəri yarım milyon iki bağ evinə necə sahib olması sosial şəbəkə istifadəçiləri tərəfindən səs-küylü tənqidlərə məruz qalıb.
Onuda qeyd edək ki, Ağıstafa icra başçısı Seymur Orucov BHİK-in və Pan Avropa Regional Şurasının vitse-prezidenti, millət vəkili Səttar Möhbalıyevin baçısı oğlu, İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyevin kürəkənidir.
Guninfo.az
Fotoları təqdim edirik
Tarix: 3-03-2021, 10:26