Şəkidə meşələr kütləvi məhv edilir -ŞİKAYƏT



Şəki rayonu Yeni Çələbixan Köçkünlər qəsəbəsində məskunlaşan Laçın rayonundan (Katos kəndi) məcburi köçkün Abdullayev Əbdül Nurqələm oğlu mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevə şikayət ünvanlayır.

«Bildirmək istəyirəm ki, Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin  tabeliyində olan meşə sahələri kütləvi məhv edilir. Meşələrin kütləvi məhvinə şəraiti birbaşa Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəisi Sərxan Əliyev yaradır. Ölmüş heyvanın leşini necə ki, qarğa-quzğunlar məhv edirlər o cür də Şəki Meşə Massivləri məhvə məruz qalıb. Bu Sərxan bəyin birbaşa Korrupsiya əməlləri sayəsində Şəki Meşə Massivləri kütləvi surətdə qırılaraq düzən əkin sahəsinə çevrilib. Sərxan bəy və onun əl altıları bizim təmiz havamıza zəhər qataraq çirkləndiriblər.Şəki Meşə Mühafizəsinin tabeliyində olan meşə massivlərində demək olar ki, nadir tapılan ağacların kökü kəsilib. Sərxan bəy özündən razı və rüşvətxor  bir məmur olduğundan meşə massivlərinə yoxlama əməliyyatı üçün göndərilən  aidiyyatı orqanları altdatmaqdan belə çəkinməyərək öz çirkin əməllərini ört-basdır etdirməkdə mahir bir peşəkar obrazını özündə canlandıra bilibdir. Beləki meşə massivlərində kəsilmiş ağacların kökünü ya yandırırlar ya da ki, yarpaq və otlar ilə gizlədirlər. Belə alçaldıcı hərəkətlər ancaq Sərxan yin əmrinə əsasən yerinə yetirilir. Başa düşə bilmirəm ki, bura meşə ərazisidi yoxsa əkin sahəsi.
Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsi sərxoş və düşük vəziyyətdə idarə edilərək, şəxsi özəl biznes sahəsinə çevrilib. Şəki Meşə idarəsini kafeyə çevirərək axşama kimi yeyib içirlər. Sərxoş vəziyyətdə idarə olunan bir müəssisədən müsbət nə isə gözləmək yalan olardı. Sərxan bəyin ciblərinin pul ilə dolması üçün şəxsi özü qərar qəbul edib ki, mütləq meşələr qırılmalıdır. Hətta meşələrin kütləvi qırılması haqda Sərxan bəyin şəxsən özünə müraciət ünvanlamışam. Deməli meşələrdə kütləvi qırılma olduğundan hətta ünvanladığım məktuba da cavab tapıb verə bilmir. Bilmir ki, vətəndaşın məktubuna necə cavab versin. Amma bir şeyi dərk etmir ki, qanun çökəcək boğazıma rüşvətlə yığdıqlarımı burnumdan tökəcək. Görəsən bu haqda fikirləşir Sərxan müəllim ?  Çox təəssüflər olsun ki, Sərxan müəllim kimi Ekologiya və Təbii Sərvətlərin Nazirliyinin meşə massivlərinə rüşvət yolu ilə qan udduran idarə rəisi var (Sadəcə olaraq ləkə). 
Mütləq tədbir görülməlidir bu bəy haqda. Tədbir görülməlidir ki, bəzi məmurlara dərs olsun.

Cənab Prezident və Nazir! 
Sizdə sonda xahişim ondan ibarətdir ki, meşə massivlərinə qənim kəsilən Sərxan bəyin barəsində tutarlı tədbir görəsiniz.Mənim iştirakım ilə meşə əraziləri yoxlanılsın. Faktlarla sübüta yetiriləcək ki, Sərxan bəy necə çirkin əməllər ilə məşğuldur.»

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…

RegionXəbərləri.com 


 
Tarix: 20-02-2021, 21:11
Xəbəri paylaş



Xəbər lenti