Ağ Gölün "qara günləri" -EKOLOGİYA NAZİRİ MUXTAR BABAYEVİN DİQQƏTİNƏ!



Ağ Gölün "qara günləri" -EKOLOGİYA NAZİRİ MUXTAR BABAYEVİN DİQQƏTİNƏ!

Azərbaycan təbiətinin nadir incilərindən olan Ağ Göl Milli Parkı bu gün əslində qara əməllərin səhnəsinə çevrilib. Təbiətin mühafizəsi məqsədilə yaradılmasına baxmayaraq elə təbiətə ən böyük zərbəni də burada vururlar desək yanılmarıq. Parkın ərazisində mühafizə olunan nadir növlərin qanunsuz ovlanması barəsində dəfələrlə həyacan təbili çalınıb. Ancaq Milli Parkın rəhbərliyinin “ov ovlamaq, quş quşlamaq” sevdası bitmək tükənmək bilmir.

Rubrika.Az 
saytına verilən məlumatlara görə Parkın direktoru Xəzər Məhərrəmovun fəaliyyəti nəticəsində Ağ Göldə sular durulmur. Milli Parka asan qazanc mənbəyinə çevirən direktor və komandası Azərbaycan təbiətinə qənim kəsiliblər.

Ağ Gölün "qara günləri" -EKOLOGİYA NAZİRİ MUXTAR BABAYEVİN DİQQƏTİNƏ!

Ekologiya və Təbii Sərvətlər nazirliyi əməkdaşlarının cidd-cəhdlərinə baxmayaraq X.Məhərrəmovun “təbiəti sevənləri” (əslində sökənləri demək doğru olar) parkda qanunsuz ov üçün şərait yaradır və nəticədə külli miqdarda pul qazanırlar.

Ağ Gölün "qara günləri" -EKOLOGİYA NAZİRİ MUXTAR BABAYEVİN DİQQƏTİNƏ!

Məlumat üçün bildirək ki, Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılan Ağ Göl Milli Parkında 500 mindən çox quş qışlayır. Quşların 30 növünün adı “Azərbaycanın Qırmızı Kitabı”na salınıb. Bundan başqa, milli park ərazisində 20-dən çox balıq növünə - çəki, külmə, durna balığı, xəşəm, lil balığı, naxa, qambuziya və s. rast gəlinir.

Ağ Gölün "qara günləri" -EKOLOGİYA NAZİRİ MUXTAR BABAYEVİN DİQQƏTİNƏ!

Saytımıza verilən xəbərdə bildirilir ki, X.Məhərrəmov yaxın dostlarına, hətta bəzi vəzifə sahiblərinə də parkın ərazisində qanunsuz ov etməyə vaxtaşırı şərait yaradır. Artıq cəzasızlıq və özbaşınalıq elə bir həddə çatıb ki, burda qanunsuz ov edənlər əməllərini reklam edirlər. Aşağıda təqdim etdiyimiz fotolarda ördək, qaşqaldaq, adı qırmızı kitabda olan sultan toyuğunun ovlanması əks olunub.

Ağ Gölün "qara günləri" -EKOLOGİYA NAZİRİ MUXTAR BABAYEVİN DİQQƏTİNƏ!

Bunu facebook sosial şəbəkəsində reklam edən şəxs isə Ağ Gölün indiki rəhbərinin yaxın dostudur. Şəkillərdən də göründüyü kimi Ağ Göl Milli Parkında vəziyyət dəhşətli durumdadır. Təbiətin nadir incilərindən biri olan qoruq X.Məhərrəmovun fermer təsərrüfatına çevrilib. Tezliklə məsələyə müdaxilə olunmazsa Ağ Göl Milli Parkı xatirələrə çevriləcək. Ağ Göl qoruğunu ilk növbədə qara əməllər sahiblərindən qorumaq lazımdır.
Məsələni diqqətdə saxlayacağıq.

Ağ Gölün "qara günləri" -EKOLOGİYA NAZİRİ MUXTAR BABAYEVİN DİQQƏTİNƏ!

NİCAT MAHMUDOV
Rubrika.Az



Tarix: 18-02-2021, 21:48
Xəbəri paylaş



Xəbər lenti