İcra başçısı vaksinasiya prosesi ilə bağlı Mərkəzi Rayon Xəstəxanasında yaradılmış şəraitlə tanış olub



“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən rayonda ilk mərhələdə səhiyyə işçiləri, 08 fevral 2021-ci il tarixdən 65 yaşdan yuxarı şəxslərin bu gündən isə 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyasına başlanılıb.

5 fevral 2021-ci il tarixdən növbəliliyin təmin edilməsi məqsədilə elektron müraciətlər üçün xidmət növü fəaliyyətə göstərir. Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidirlər. Bu istiqamətdə əhalinin maarifləndirilməsi məqsədilə rayon ərazisində təbliğat işləri aparılıb, idarə, müəssisə və təşkilatlara əhalinin vaksinasiya tədbirlərində fəal iştirak etməsi ilə əlaqədar metodiki xarakterli təlimatlar verilib.

17 fevral 2021-ci il tarixdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vaksinasiya prosesi ilə bağlı Mərkəzi Rayon Xəstəxanasında yaradılmış şəraitlə tanış olub, lazimi tövsiyələrini verib. Vaksin vurdurmaq üçün xəstəxanaya gələn sakinlərin qayğıları ilə maraqlanıb.

Vaksinləşmə prosesinə könüllü olaraq qatılan sakinlər onların sağlamlıqlarının qayğısına qaldıqlarına və yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əlievə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə etdilər.



Tarix: 17-02-2021, 22:29
Xəbəri paylaş



Xəbər lenti