DAHA BİR İCRA BAŞÇISI HƏBS EDİLƏ BİLƏR: Beyləqanın icra başçısı təcili Bakıya çağırıldı – GƏLİŞMƏ

    


DAHA BİR İCRA BAŞÇISI HƏBS EDİLƏ BİLƏR:
Beyləqan rayonunun icra başçısı Asif Ağayevin Bakıya çağırılaraq hüquq mühafizə orqanı tərəfindən sorğulandığı bildirilir.
İddia edilir ki, Asif Ağayevin Bakıya çağırılması onun işdən çıxarılması ilə əlaqədardır.
Mənbə idda edir ki, Asif Ağayev ötən həftənin 5 ci günü Bakıya çağırılıb və hüquq mühafizə orqanları tərəfindən dindirilib. İcra başçısının hansı səbəbdən Bakıya çağırılaraq sorğulanmasının səbəbi hələ ki, məlum deyil. Yalnız o məlumdur ki, son vaxtlar icra başçısı barədə həm Prezident Administrasiyasını, həm də xüsusi xidmət və hüquq mühafizə orqanlarına konkret şikayətlər daxil olub.
Mənbə onu da iddia edir ki, icra başçısının yarıtmaz fəaliyyətidən adı çəkilən orqanlara edilən şikayətlərin əksəriyyəti şəhid ailələri və sahibkarlardan ibarətdir.
Yeri gəlmişkən xatırladaq ki, yanvarın 23-də Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibi təsdiq edilib. Sərancamla İqtisadiyyat naziri Mikayıl Cabbarov Müşahidə Şurasının sədri təyin olunub.
Beləliklə də Rövnəq Abdullayevin Dövlət Neft Şirkətində (SOCAR) patronajlığına son qoyulub və o, persona non-qrata elan edilib.
Bu xüsusda RealMedia.az-ın redaksiyasını məlumatlandıran mənbə iddia edir ki, məhz bu səbəbdən də Rövnəq Abdullayevin himayəsi altında olan icra başçılarının görəvlərindən alınma prosesinə başlanılıb.
Qeyd edək ki, Asif Ağayev də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövnəq Abdullayevin kadrlarındandır.
O, ARDNŞ-nin “AzərNeftYağ” Neft emalı zavodunda direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin “AzəriQaz” İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin Xəzər Dəniz Neft Donammasında ümumi məsələlər üzrə rəis müavini, ARDNŞ-nin “Neft Kəmərləri” İdarəsində tikinti və təmir üzrə rəis müavini, 2013-2018-ci illərdə isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
RealMedia.az
Tarix: 2-02-2021, 16:46
Xəbəri paylaş



Xəbər lenti